SON XƏBƏRLƏR

SEPAH İraqın Ərbil şəhərini artilleriya atəşinə tutub

2022.05.11, 09:30
SEPAH İraqın Ərbil şəhərini artilleriya atəşinə tutub

Gunaz.tv

Məlumatda terrorist qruplaşmaların mərkəzlərinin vurulduğu iddia olunsada hansı qrumların sığınacaqlarının atəşə tutlması açıqlanmayıb.

SEPAH-ın mayın 11-də ərbilə hücumu Suriyanın bu gün səhər saatlarında İsrail uçaqlarının bu ölkədə bir neçə hərbi bazaya hücumu barədə yaydığı xəbərdən sonra baş verib.

Qeyd edək ki, bundan öncə martin 13-ü bazar günü İran İraqın Ərbil şəhərinə "Fateh-110" balistik raketləri atıb.

İran rəsmilərinin raketlərin İsrailin Ərbildə yerləşən təlim mərkəzinə atıldığını iddia etmələrinə baxmayaraq, araşdırmalar hədəfin mülki yaşayış məntəqəsi olduğunu sübut edib.

Məsələ ilə bağlı hələlik İraq rəsmiləri hər hansı açıqlama verməyiblər. 

Timur
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar