SON XƏBƏRLƏR

SEPAH-a bağlı sayt Azərbaycan Respublikasına qarşı hədyanlar səsləndirdi-VİDEO

2022.03.24, 05:49
SEPAH-a bağlı sayt Azərbaycan Respublikasına qarşı hədyanlar səsləndirdi-VİDEO

Gunaz.tv

İran hökuməti bundan öncə Azərbaycan Respublikasında İsrail agentləri və silahlı qüvvələrinin olması ilə bağlı əsassız iddialar yenidən gündəmə gətirməyə çalışır.

44 günlük vətən müharibəsi zamanı İran rəsmilərinin Azərbaycanda İsrail silahlıları və xaricdən gətirilən muzdlu döyüşçülərlə bağlı yaydıqları məlumatların yalan olduğu üzə çıxdı.

Lakin dəfə İran İslam İnqilabı Keşikçiləri Korpusu eyni böhtanları yaymağa çalışır.

Dünyada terror təşkilatı kimi tanınan və terrorçu qruplar siyahısından çıxmağa can atan SEPAH, bu dəfə sosial media hesabında  “İran şimal sərhədlərində sionist ünsürlərin mövcudluğuna dözməyəcək”-deyə, paylaşım edib. 

Qeyd edək ki, bununla yanaşı son bir neçə gün ərzində panfarsist və radikal dini dairələrə bağlı media qruplarıda oxşar iddiaları səsləndirib, Azərbaycan Respublikasına qarşı torpaq iddiaları irəli sürərək İran hökumətini bu yöndə addımlar atmağa çağırıblar. 

 

Cavidan
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar