SON XƏBƏRLƏR

Deputat Nazirliyə səsləndi: “Cənub rayonlarına çatan kimi Azərbaycan radio dalğaları itir, İran daxil olur”

2022.08.16, 09:40
Deputat Nazirliyə səsləndi: “Cənub rayonlarına çatan kimi Azərbaycan radio dalğaları itir, İran daxil olur”

Gunaz.tv

“Dövlətimizin daha da gücləndiyi bir vaxtda, belə bir problemin hələ də davam etməsi doğru deyil. Qonşu olsalar belə, xarici ölkələrin mətbuatında işıqlandırılan Azərbaycana qarşı yönəlmiş bəzi məsələləri bizim cəmiyyətin eşitməsi, televiziyalarında izləməsi yolverilməzdir. Bu, cəmiyyətimizdə əsəb, gərginlik yaradır. 

Həm də insanlarımız bilirlər ki, həmin ölkələrin mətbuatında yayımlanan müəyyən məlumatlar əsassızdır, düzgün informasiyalar deyil. Sovet dönəmində də Cənub bölgəsinin bir sıra rayonlarında belə problemlər mövcud idi. İranın televiziya dalğaları da daim bizim kanallarla qarışırdı. 

Bilmirəm, hansı texniki məsələ iglə əlaqədardır. Onlarda tezliklərin yüksək olması bizim bölgələrimizdə radio və televiziyada dalğaları üstələyir. Bu problem həmişə olub. İndiki dönəmdə rayonlarımıza rahat gediş-gəliş var, yol insfratrukturu qurulub. İnsanlar rayonlara dincəlmək üçün səfər edirlər, bölgələrə daxil olan kimi yol boyu avtomobildə ancaq İranın radiolarını eşidirlər. 

Cənub rayonlarına çatan kimi Azərbaycan radio dalğaları itir, yerinə İran daxil olur. Televiziyalarda da İran kanalları göstərir. Bir neçə dəfə bununla bağlı aidiyyəti üzrə müraciət olunub. Bu problemi mətbuata açıqlamalarımda da dəfələrlə səsləndirmişəm"-deyə, deputat qeyd edib.

Azərbaycanın bütün sahələrdə nailiyyətlər qazandığını, inkişaf etdiyini vurulayan deputat hesab edir ki, mətbuatla, televiziya ilə bağlı problemlər də artıq həllini tapmalıdır.

"Sözügedən problemlə bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tədbir görməlidir. Naxçıvanda, sərhəd bölgələrimizin hər yerində bu problemlər var. Tez bir zamanda həll olunmalıdır. Çünki cəmiyyətimiz, xalqımız bunu istəyir”-deyə, millət vəkili bildirib. (pravda.az)

Ayxan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar