SON XƏBƏRLƏR

Deputat: "Üçtərəfli bəyanat Azərbaycan üçün qələbə, Ermənistan üçün hərbi kapitulyasiyadır"

2021.11.11, 11:48
Deputat: "Üçtərəfli bəyanat Azərbaycan üçün qələbə, Ermənistan üçün hərbi kapitulyasiyadır"

Gunaz.tv

Bu fikirləri Milli Məclisin deputatı Nurlan Həsənov deyib.

Onun sözlərinə görə, 44 günlük müharibə ilə həm 30 illik işğal sona çatdı, həm də bütün region üçün gələcəkdə sülhün təmin olunmasının təməli qoyuldu: "Üçtərəfli sazişin bəlkə də hər birimiz üçün gözlənilməz olan ən önəmli tərəfi Zəngəzur dəhlizinin açılması barədə bəndin olması idi. 

Bunu öncədən xəyal etmək belə çətin idi. Yaxın gələcəkdə Zəngəzur dəhlizinin açılması ilə Naxçıvanla quru əlaqəsinin yaradılması və bölgədə, ümumiyyətlə, bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpa edilməsi bütün region üçün yeniliklər gətirəcək".

Nurlan Həsənov

"Təəssüf ki, bir il öncəsinə qədər ölkəmiz əhali sayına nisbətdə məcburi köçkünlər və qaçqınların həcminə görə dünyada öndə gedən ölkələrdən idi. 

Bu, Azərbaycan üçün həm siyasi, həm də iqtisadi baxımdan ağır yük idi. Üçtərəfli bəyanatda isə məhz məcburi köçkünlər və qaçqınların BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Ofisinin nəzarəti altında geri qaytarılması nəzərdə tutulur. 

Bununla ölkəmiz yaxın gələcəkdə iqtisadi baxımdan çox rahatlayacaq. Qarabağ tam bərpa edildikdən sonra Azərbaycanın iqtisadi gücünə güc qatacaq. 

Lakin təəssüflər olsun ki, bu gün Ermənistanın mina xəritələrini təqdim etməməsi prosesi ləngidir. Biz diplomatik kanallardan istifadə etməklə bu xəritələrin geri qaytarılmasına çalışırıq. Əminəm ki, buna da tezliklə tam nail olacağıq", - deyə deputat bildirib. (report.az)

Ayxan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar