SON XƏBƏRLƏR

Ər-Riyadda Qırmızı dəniz və Ədən körfəzi dövlətləri Şurası yaradılıb

2021.10.20, 07:36
Ər-Riyadda Qırmızı dəniz və Ədən körfəzi dövlətləri Şurası yaradılıb

Gunaz.tv

GünAz TV: Səudiyyə Ərəbistanının paytaxtında yeni regional təşkilat – Qırmızı dəniz və Ədən körfəzi dövlətləri Şurası yaradılıb. 

 

Azərtac MENA agentliyinə istinadla xəbər verir ki, yanvarın 7-də Səudiyyə Ərəbistanı, Misir, Yəmən, Sudan, Cibuti, Somali və İordaniyanın Xarici İşlər nazirləri Şuranın nizamnaməsini imzalayıblar.

 

Həmin gün Şuraya daxil olan nazirlər Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səudun qəbulunda olublar. Kral yeni regional təşkilatın yaradılmasını yüksək qiymətləndirib, onun işinə uğurlar arzulayıb və bu münasibətlə iştirakçı ölkələri təbrik edib.

 

Yeni təşkilatın ilk iclasında xarici siyasət idarələrinin rəhbərləri Yaxın Şərq və Afrikada yaranmış vəziyyət ətrafında geniş müzakirələr aparıblar. Onlar Yəmən, Suriya, İraq, Liviya və Afrikanın bir sıra ölkələrində sülhün və sabitliyin bərqərar olması üçün səylərin gücləndirilməsinin zəruriliyini qeyd ediblər.

 

Birləşmiş Ərəb Əmirliklərinin Xarici İşlər Nazirliyi də Şuranın yaradılması münasibətilə üzv ölkələri təbrik edən bəyanat yayıb.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar