“Azərbaycan mədənləri talanır, ətraf mühit məhv edilir”- Tanınmış ekoloqdan həyəcan təbili

2021-07-23 13:22

Güney Azərbaycanın sərvətləri talanır və ətraf mühit məhv edilir. Bu barədə tədqiqatçı və ətraf mühit üzrə ekspert Əhməd Bayburdi özünün "Twitter" hesabında paylaşım edib.

Gunaz.tv Quote | Gunaz article

“Azərbaycan ölkədə mədən ehtiyatlarına görə birinci yeri tutur. Başqa bir tərəfdən isə xərçəng xəstəliyinə tutulanların sayına görə ölkə üzrə ikinci yerdədir. 

Əhər və Vərziğan əhalisinin qızıl mədənlərinin üzərində yaşayır. Lakin bu bölgə inkişafdan geri qalıb.  

Mədənlərin genişləndirilməsi üçün meşələrin məhv edilməsi prosesi davam edir. Bu sayaq mədən istismarı dünyanın harasında görünüb? Qaradağ məzlumdur”-deyə, Əhməd Bayburdi yazıb.

Bundan öncə də mədənlərin, xüsusilə Süngün mis və Əndəryan qızıl mədənlərinin qaydasız istismarı, ətraf mühitin məhv edilməsi və zəhərli tullantıların yeraltı su qaynaqlarına qarışdığı üçün bölgə əhalisinin müxtəlif xəstəliklərə tutulduğu barədə məlumatlar yayılıb.

Əhməd Bayburdi və Vərziğan bölgəsinin İran parlamentindəki nümayəndəsi Allahverdi Dehqani problemlə bağlı bir neçə dəfə məsələ qaldırsalar da, bu günə kimi əməli tədbir görülməyib.

Ə.Bayburdi ötən ilin yanvar ayında “Əndəryan” qızıl mədəninin zəhərli tullantılarının  bölgənin içməli suyuna qarışdığı barədə məlumat vermişdi.

"Bir müddət əvvəl Əndəriyan mədəni ətrafında içməli suyun çirklənməsinin monitorinqi aparıldı.

Şərqi Azərbaycan Ətraf Mühit Təşkilatının mərkəzi laboratoriyasının hazırkı rəisi cənab Ocağı ilkin monitorinqdə bu nəticəyə gəldi ki, suyun tərkibində sianidin miqdarı normadan ən azı 5 dəfə çoxdur”- deyə, o bölgənin içməli suyunun çirkləndiyinə dair xəbərdarlıq etmişdi. 

Əhməd Bayburdi verdiyi açıqlamada demişdi ki, Şərqi Azərbaycan Ətraf Mühit İdarəsinin məsulları “əhalidə təşviş yaratmamaq” bəhanəsi ilə testin nəticələrinin ictimaiyyətə açıqlanmasına mane olurlar.

O vaxt Şərqi Azərbaycan Kənd Təsərrüfatı Tədqiqat Mərkəzinin rəhbəri vəzifəsində işləyən Ə.Bayburdi qeyd etmişdi ki, Kənd Təsərrüfatı İdarəsinin hazırladığı gizli hesabatda bu sudan istifadə edən heyvanların sonda tələf olduğu bildirilir.

Məsələnin ictimaiyyətə sızmasından bir müddət sonra Şərqi Azərbaycanın ətraf mühit qurumları İran Məhkəmə Sisteminin vaxtkı başçısı İbrahim Rəisiyə açıq məktub ünvanlamışdı.

Onlar sözügedən mədənin ətraf mühitə ziyan vurduğunu bildirib, məhkəmənin bu məsələyə müdaxiləsini tələb etmişdilər.

Mütəxəssislərin fikrinə görə, Vərziğan məntəqəsində yerləşən Əndəriyan qızıl mədənində qızıl hasilatı üçün qeyri-standart və köhnə üsuldan istifadə olunur.

Bu üsulla mədəndə hər gün təxminən bir ton natrium sianid istehlak olunur. Bu, çox təhlükəli və zəhərli maddədir. Həmin maddə havanı çirkləndirir və sonda yağıntılar zamanı torpağa daxil olur. Həmin maddə sonralar yeraltı suları da çirkləndirə bilir.

Bu şəkildə ətraf ərazilərin hava, su və torpağı təhlükəli maddə ilə çirklənmiş olur.

Açıklama yok.

C.E
 
Mövzu ilə bağlı digər xəbərləri buradan oxu bilərsiniz:


“Şərqi Azərbaycanda yerləşən Əndəriyan kəndinin suyu sianid dadır”

Şərqi Azərbaycan: Əndəriyan kəndinin suyunun çirklənməsi ilə bağlı gizli hesabat – Ətraf Mühit İdarəsi testin nəticəsini olduğu kimi açıqlamayıb

Millət vəkili: Süngün mis mədəni Qaradağ meşələrini məhv edir

 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Şərqi Azərbaycanın Heris mahalında məktəb binaları çatışmır

2021-09-18

gun az article

Azərbaycan idmançılarından böyük uğur: Komanda İran çempionatında birinci oldu

2021-09-18

gun az article

Güneyli sənətçi koronavirusdan vəfat etdi

2021-09-18

gun az article

Qəzvin bağlarında yanğın baş verib

2021-09-18

gun az article

İranın Ermənistana dəstəyinə etiraz edən 12 güneyli fəal məhkəməyə çağrılıb

2021-09-17

gun az article

İranda bu günə qədər "korona"dan 116 min 436 ölüb -RƏSMİ RƏQƏMLƏR

2021-09-17

gun az article

Ərdəbildə istehsalatda ölüm halları artıb: Son aylarda yüzlərlə işçi yaralanıb

2021-09-17

gun az article

Qarabağa gedən yük maşınlarına icazə kağızı verən ETTELAAT məmurudur

2021-09-17

gun az article

Qaşqay türklərinin tanınmış şairi vəfat edib

2021-09-17

gun az article

Zənganda içməli su qıtlığı: Kəndlər susuz qalıb

2021-09-17

gun az article

İranın şimal-qərbində terrorçu qrup zərərsizləşdirilib- Dövlət Sərhəd Xidməti

2021-09-17

gun az article

Həmədanın məşhur Ağ gölü quruyub

2021-09-17

gun az article

Zənganda tarixi əşya qaçaqmalçıları saxlanılıb

2021-09-17

gun az article

Zənganda 1000-dən çox layihənin icrası yarımçıq qalıb

2021-09-17

gun az article

Məlikanda çörək bahalaşdı

2021-09-17

gun az article

Şərqi Azərbaycanda savadlılıq səviyyəsi aşağı düşüb

2021-09-17

gun az article

Vərziğanda etiraz aksiyası: Kəndlilər yolu bağladı

2021-09-16

gun az article

Həmədanda tarixi abidə dağılmaq üzrədir

2021-09-16

gun az article

Qəzvin şəhərinin meri vəzifəsinə SEPAH komandiri gətirildi

2021-09-16

gun az article

Qərbi Azərbaycan əyalətində təhsil işçiləri çatışmır

2021-09-16