Ərdəbil baş prokuroru siyasi məhbus Abbas Lisaninin məzuniyyətə buraxılmasına icazə verməyib

2020-08-14 11:31

Ərdəbilin baş prokuroru Abdulla Təbatəbayi həbsdə olan milli fəal Abbas Lisaninin vəfat edən qardaşının dəfn mərasimində iştirak etməsi üçün məzuniyyətə buraxılmasına icazə verməyib.

Gunaz.tv Quote | Gunaz article

Məlumata əsasən, Təbatəbayi Lisani ailəsinin milli fəalın yas mərasimində iştirakı üçün yazdığı məzuniyyət ərizəsinin üzərinə “qanun çərçivəsində icra olunsun” yazaraq ərizəni Ərdəbil mərkəzi zindanına göndərib.

 

 

Ərdəbil zindanındakı nəzarətçi hakim isə ailəni bir neçə saat ləngitdikdən sonra məzuniyyət istəyinin qəbul edilmədiyini bildirib. O, bu qərarın “Abbas Lisaninin koronavirusa yoluxmaması üçün” Ərdəbilin baş prokuroru tərəfindən verildiyini qeyd edib.

 

 

Abbas Lisaninin oğlu hakimin qeyri-qanuni qərarını tənqid edib.

“Qeyri-qanuni hərəkətiniz üçün bəhanə uydurmayın. Həbsdə olan məhbusların zindanda koronavirusa yoluxmamaları üçün məzuniyyətə buraxıldığı halda siz gülünc bir şəkildə bunun əksini iddia edirsiniz. Abbas Lisaninin məzuniyyətə göndərilməsinə qadağa qoyulduğunu dünəndən bildirə bilərdiniz. Bu hərəkət siyasi məhbus ailəsinə qarşı psixoloji işgəncəsidir,” deyə milli fəalın oğlu hakimin cavabında vurğulayıb.

 

 

Abbas Lisaninin ailəsi avqustun 12-də məzuniyyət tələbi ilə Ərdəbil vilayətinin Ədliyyə İdarəsinin rəisi Nasir Ətəbatiyə müraciət edib. Lakin o, vicdan məhbusunun məzuniyyətə buraxılmasının Ərdəbilin baş prokuroru Abdulla Təbatəbayinin səlahiyyətində olduğunu bildirib.

Təbatəbayi isə milli fəalın ailəsinə təzyiq göstərmək məqsədi ilə bəri başdan Abbas Lisaniyə məzuniyyət verilməyəcəyini deməyib və prosesi ləngitməyə çalışıb.

 

 

İslam Respublikasının Cinayət Məcəlləsinin 520-ci maddəsinə görə, yaxın qohumların ağır xəstəliyi və ya ölüm hallarında məhbus prokurorun qərarı ilə maksimum 5 günə qədər məzuniyyətə göndərilə bilər. 

Həbsdə olan milli fəalın qardaşı Əkbər Lisani avqustun 11-də ürək çatışmazlığından vəfat edib.

Əkbər Lisani İran ordusunun zabitlərindən olub. O, azərbaycanlıların milli hüququ uğrundakı mübarizəsini dəstəklədiyinə görə, həmçinin Abbas Lisani ilə yaxın münasibəti səbəbilə uzun illər ordunun kəşfiyyat idarəsi tərəfindən təzyiqlərə məruz qalıb.

 

 

Qeyd edək ki, ötən ay İran Ali Məhkəməsi Ərdəbil Apelyasiya Məhkəməsinin Abbas Lisaniyə qarşı çıxardığı qərarı təsdiq edərək qüvvədə saxlayıb. Hazırda Ərdəbil zindanının 7-ci korpusunda saxlanılan Abbas Lisani 15 il həbs və 2 il sürgün cəzasına məhkum edilib.

Beynəlxalq insan hüquqları qurumlarının ardıcıl tələbinə baxmayaraq 2019-cu il yanvarın 15-dən həbsdə saxlanılan Lisani hələ də həbsxanadan məzuniyyətə buraxılmır.

 

 

Ü.F

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Güney Azərbaycan əyalətlərində koronavirusla bağlı son vəziyyət

2020-10-01

gun az article

Şərqi Azərbaycanın Vəkillər Kollegiyası Ermənistanı qınayıb, Azərbaycana dəstək verib

2020-10-01

gun az article

Ərdəbildə Azərbaycana dəstək aksiyası zamanı saxlanılan daha bir fəalın kimliyi açıqlanıb

2020-10-01

gun az article

Zəncandan Quzey Azərbaycana dəstək

2020-10-01

gun az article

Təbriz divarlarına “ya Qarabağa, ya ölüm” yazılıb – GÖRÜNTÜ

2020-10-01

gun az article

Güney Azərbaycan imam cümələri Qarabağda gedən əməliyyatlarla bağlı birgə bəyanat yayıb

2020-10-01

gun az article

Güney azərbaycanlıların Azərbaycana dəstəyi davam edir

2020-10-01

gun az article

GünazTV Sep.30.2020: İran rejimi işğalçı erməni dövlətinin arxasında

2020-10-01

gun az article

GünazTV Sep.30.2020 : “Vətən müharibəsinin ücüncü günündə yaşananlar!”

2020-09-30

gun az article

Ərk Birliyi – İnsan Haqlarını Savunan və Demokratik Tələbli Birlk / Güney Azərbaycan Mədəniyyəti – İran “Ərk-İH”

2020-09-30

gun az article

Güney Azərbaycan əyalətlərində koronavirusla bağlı son vəziyyət

2020-09-30

gun az article

Təbrizdə divarlar Azərbaycana dəstək şüarları ilə bəzədilib – GÖRÜNTÜ

2020-09-30

gun az article

Güney Azərbaycan şəhərlərində Azərbaycana dəstək məqsədilə mitinqə çağırış

2020-09-30

gun az article

GünazTV Sep.29.2020-Özümüz: Qarabağ Savaşı

2020-09-30

gun az article

GünazTV Sep.29.2020 -GÜNDƏM MASASI: Farsçı media və qurumların Azərbaycana olan düşənçiliyi

2020-09-30

gun az article

Ərdəbildə Azərbaycana dəstək aksiyası keçirmək istəyən fəallar saxlanılıb

2020-09-29

gun az article

  GÜNEY AZƏRBAYCAN MILLI AZADLIQ CƏBHƏSININ AZƏRBAYCAN DÖVLƏTİ VƏ ORDUSUNA DƏSTƏK BƏYANATI

2020-09-29

gun az article

GünazTV Sep.29.2020 : “Azərbaycanın apardığı antiterror hərbi əməliyyatlarının ikinci günündə yaşananlar!”

2020-09-29

gun az article

Güney Azərbaycan əyalətlərində koronavirusla bağlı son vəziyyət

2020-09-29

gun az article

İran aviasiyası Güney Azərbaycan səmasında naməlum PUA-nı vurub

2020-09-29