SON XƏBƏRLƏR

Ərdəbil əhalisinin “27 may” qiyamı münasibəti ilə çox sayda poster yayılıb – GÖRÜNTÜ

2021.10.20, 07:36
Ərdəbil əhalisinin “27 may” qiyamı münasibəti ilə çox sayda poster yayılıb – GÖRÜNTÜ

Gunaz.tv

GünAz TV: Ərdəbildə bu şəhərin 2006-cı il 27 may qiyamının 12-ci ildönümü münasibəti ilə çox sayda poster yayılıb.

 

Posterlər azərbaycanlı milli fəallar tərəfindən mayın 26-da əhali arasında paylanılıb. Bundan əlavə, şəhərin mərkəzi xiyabanları və avtobus dayanacaqlarında divarlara posterlər yapışdırılıb.

 

Posterlər üzərində “2006-cı ilin may ayında (1385-ci ilin xordad ayında) irqçilik və fars şovinizminin iqtisadi və mədəni zülmünə qarşı Azərbaycan türk milləti və qeyrətli Ərdəbil əhalisinin əzəmətli qiyamı” sözü yazılıb və keçirilən etiraz aksiyalarının görüntüləri əks olunub.

 

Ərdəbil əhalisi 2006-cı il mayın 27-də İslam Cümhuriyyətinin irqçi siyasəti və “İran” qəzetinə qarşı ayağa qalxaraq qiyam edib. İrqçiliyə qarşı keçirilən etiraz aksiyasında təxminən 200 min nəfər iştirak edib.

 

Bu etirazlarda İran rejimi dinc aksiyalara güc tətbiq etdiyi üçün azərbaycanlılar arasında etibarını daha çox itirərək ağır məğlubiyyətə uğramışdır.

 

Xatırladaq ki, bu günlər 2006-cı ilin mayında Güney Azərbaycanda baş vermiş hadisələrin ildönümüdür. İran dövlətinin rəsmi mətbuat orqanı olan “İran” qəzetində Azərbaycan türklərinin kobud şəkildə təhqir edilməsi kütləvi etirazlara səbəb olub. Azərbaycanlılar tərəfindən həyata keçirilən kütləvi aksiyalar qısa müddətdə bütün Güney Azərbaycan şəhərlərini bürüyüb. Bir həftədən artıq davam edən və 1 Xordad (22 May) hərəkatı adı alan aksiyalar zamanı onlarla azərbaycanlı şəhid olub, yüzlərlə insan yaralanıb və çoxsaylı insan həbs olunub.

 

 

 

 

 

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar