SON XƏBƏRLƏR

Ərdəbil Əyalətində 500 kəndin əhalisi mobil telefondan istifadə edə bilmir

2021.10.20, 07:36
Ərdəbil Əyalətində 500 kəndin əhalisi mobil telefondan istifadə edə bilmir

Gunaz.tv

GünAz TV: Ərdəbil Əyaləti Rabitə və İnformasiya Texnologiyaları Mərkəzinin baş direktoru təmsil etdiyi əyalətdə bütün əhalinin mobil telefonundan istifadə edə bilmədiyini bildirib.

 

Behruz Rəzmi qeyd edib ki, hesablamalara əsasən Ərdəbil Əyalətində 500 kəndin əhalisi mobil telefonu dalğalarını almaqdan məhrumdur.

 

Onun sözlərinə görə, əyalət üzrə ən çox mobil telefonu xidmətindən məhrum olan kəndlər Germi və Xalxal məntəqəsində yerləşir.

 

Yol, quraqlıq, içməli su, işsizlik və təbii fəlakətlər kimi problemlərdən əziyyət çəkən kənd əhalisinin gündəlik həyatın əsas tələblərindən olan mobil telefonundan da məhrum olması bölgə əhalisinin yaşayış səviyyəsini göz önünə gətirməkdədir.

 

Bundan əvvəl Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən ölkədə kənd əhalisinin yalnız 34 faizinin daimi telefon, internet və mobil telefonu xidməti ilə təmin olunduğu açıqlanmışdır.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar