SON XƏBƏRLƏR

“Ərdəbil Əyalətində İranla Azərbaycan arasında birgə sənaye şəhərciyi yaradılır”

2021.10.20, 07:36
“Ərdəbil Əyalətində İranla Azərbaycan arasında birgə sənaye şəhərciyi yaradılır”

Gunaz.tv

GünAz TV: Ərdəbil valisi İranla Azərbaycan Respublikası arasında sənaye şəhərciyi yaradılacağı barədə razılığa gəlindiyini bildirərək şəhərciyin Ərdəbil Əyalətinin Parsabad şəhərində yaradılacağını qeyd edib.

 

Əkbər Behnamcu bu barədə Azərbaycan Respublikasından iqtisadi heyətin İrana səfərindən sonra hökumət rəsmiləri ilə keçirilən konfransda danışıb.

 

“Sənaye şəhərciyinin Parsabadda yaradılması ilə bağlı İran və Azərbaycan heyətləri arasında razılıq əldə olunub. Gələcək həftələrdə ölkə rəsmiləri Ərdəbil məsulları ilə birlikdə Bakıya səfər edərək bu məsələni yekunlaşdırmağa çalışacaqlar. Bu layihənin həyata keçməsi Ərdəbil və ölkə iqtisadiyyatı üçün böyük əhəmiyyət kəsb edir.”- deyə o bildirib.

 

Ərdəbil valisi vurğulayıb ki, sözügedən sənaye şəhərciyi yaradıldıqdan sonra əyalətdə istehsal fəaliyyəti sahəsində irəlləyiş olacaq, məhsullar Orta Asiya ölkələri və Rusiyaya daha rahat şəkildə ixrac olunacaq.

 

Xatırladaq ki, İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə də oktyabr ayında “İrna” agentliyinə verdiyi müsahibədə İranla Azərbaycan arasında birgə sənaye şəhərciyinin yaradılması haqqında razılıq əldə olunduğunu bildirmişdir.

Səfir qeyd etmişdir ki, hər iki ölkədə kənd təsərrüfatının inkişafı üçün böyük potensial var. Bu potensialdan istifadə ediləcək və yeni sənaye şəhərciyində kənd təsərrüfatı məhsulları istehsal olunacaq.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar