Ərdəbil əyalətində koronavirusdan dünyasını dəyişənlərin sayı gündəlik olaraq artmaqdadır.
Gunaz.tv
Rəsmi rəqəmlərə görə, son 24 saat ərzində əyalət ərazisində daha 22 xəstə Covid- 19 infeksiyasından vəfat edib. Bu, Ərdəbil əyalətində gündəlik koronavirusdan ölənlərin sayında yeni rekord hesab edilir.
Bununla da, Ərdəbil əyalətində indiyədək yeni növ Covid- 19 infeksiyasından ölənlərin ümumi sayı 1028 nəfərə çatıb.
Rəsmi statistikalarda Ərdəbil əyaləti qırmızı vəziyyətdə göstərilir. Qeyd edilir ki, əyalətin inzibati ərazisinə daxil olan Ərdəbil, Meşginşəhr və Parsabad rayonlarında da koronavirusun yayılması qırmızı vəziyyətdədir.
Hazırda əyalət ərazisində yerləşən xüsusi tipli xəstəxanalarda müalicə alan aktiv koronavirus xəstəsinin sayı 475 nəfərdir. Onlardan vəziyyəti ağır olan 78 xəstə intensiv terapiya şöbəsində müalicəsini davam etdirir.
Ə.A