Ərdəbil Əyalətində yerləşən bu şəhərin də adı farslaşdırıldı

24.04.2019, 09:18

GünAz TV: İran rejiminin Güney Azərbaycan türk millətini hədəfə aldığı asimilasyon siyasəti bütün yönləri ilə davam edir.

 

Son məlumata görə, Ərdəbil Əyalətində yerləşən Parsabadın “Təzə kənd” şəhərinin adının dəyişdirilməsi ilə bağlı qərar qəbul olunub.

 

İran mediasında yayılan məlumata görə, bu barədə Nazirlər Kabineti, Daxili İşlər Nazirliyinin təklifi əsasında qərar qəbul edib. Yeni qərara görə, şəhərin tarixi adı dəyişdirilərək “Muğansər” adlandırılıb. Təhrif edilmiş adın birinci hissəsi “Muğan” sözündən ibarət olsa da, adın şəkilçisi (“sər”) fars dilinə aiddir. Problem təkcə adın hansı dildə olması ilə də məhdudlaşmır. Şəhərin tarixi adının unutdurulması, kimliyinin fərqli şəkildə təqdim olunması da güdülən məqsədlərdən biridir.

 

Məlumata görə, artıq Nazirlər Kabinetinin qəbul etdiyi qərar Ərdəbil Valiliyi tərəfindən əyalətin bütün idarələrinə elan olunub.

 

Qeyd edək ki, İran rejimi Azərbaycan türklərinin mədəniyyəti və milli kimliyini təhrif etmək məqsədi ilə türk dilində təhsil almağa qadağa qoymaqla yanaşı doğulan uşaqlara türk adlarının verilməsinə də maneçilik yaradır. Eləcədə mağaza və şirkətlərə türk adı vermək təxminən qadağandır. Qədim dövrlərdən miras qalan tarixi coğrafi adlar isə rəsmi orqanların qərarı ilə tədricən sıradan çıxarılır. Bu adlar əksər halda fars dilinə tərcümə edilir, halbuki, dünyanın heç yerində coğrafi adlar başqa bir dilə tərcümə edilərək dəyişdirilmir. Bütün bunlar uzun illərdir ki, azərbaycanlıların etirazı ilə qarşılanır, lakin rejim geri addım atmaq niyyətində deyil.

 

N.S

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Xoyda baş verən zəlzələdə xəsarət alanların sayı açıqlandı

2023-03-24

gun az article

Ərdəbildən Azərbaycan Respublikasına dəstək

2023-03-24

gun az article

Güney Azərbaycanda 5.6 bal gücündə zəlzələ baş verib

2023-03-24

gun az article

Zənganlı fəal Hüseyn Bayat qeyri-müəyyən şəraitdə həbsdə saxlanılır

2023-03-24

gun az article

BMT ofisində "Ərk"-Azərbaycan İnsan Hüquqları Cəmiyyətinin konfransı keçirilib

2023-03-24

gun az article

“Sözümüz”də müzakirə: “İranın Azərbaycana qarşı təhdidləri nə qədər ciddi sayılır?”  - VİDEO

2023-03-24

gun az article

Urmuda 5 nəfər casusluq ittihamı ilə edama məhkum edilib

2023-03-23

gun az article

Güneyli hüquqşünaslar tərəfindən Azərbaycan İnsan Hüquqları Təşkilatı yaradılıb

2023-03-23

gun az article

Ərdəbildə uşaqlara Azərbaycan dilində kitablar paylanıb-VİDEO

2023-03-23

gun az article

İran Sərhəd Qoşunlarının komandanı Azərbaycan sərhədinə gəlib

2023-03-23

gun az article

Milli fəal Pərviz Siyabi məzuniyyətə buraxılıb

2023-03-23

gun az article

Güneyli məhbusun vəziyyəti ilə bağlı BMT nümayəndəsinə məlumat verildi

2023-03-22

gun az article

Qaşqay gəncin dəfn mərasimi hökumətə qarşı etiraz aksiyasına çevrilib-VİDEO

2023-03-22

gun az article

Bu sistemə son zərbəni Təbriz vuracaq – Xəbərdarlıq

2023-03-22

gun az article

“Özümüz” proqramında müzakirə: “Bayram dəblərimizi qoruyaq” və "25 mart yürüşü”- VİDEO

2023-03-22

gun az article

İranda hökumət məmurları Qaşqay türkünü qətlə yetirib

2023-03-21

gun az article

Bir sıra güneyli fəallar yaz bayramını həbsxabada keçiridilər

2023-03-21

gun az article

"Parlaq gələcək": “İranın ərazi bütövlüyü nə deməkdir” və “Pəhləvi sülaləsi: mumiyalanmış cəsəd”

2023-03-21

gun az article

BMT nümayəndəsi Güney Azərbaycan təşkilatının konfransına qatılacaq

2023-03-21

gun az article

İsrailli nazir: "Güney Azərbaycanın qurulması reallıqdır" 

2023-03-20