Ərdəbil əyalətinin yol problemi: Bu amil bölgənin inkişafının qarşısını alır

2021-07-21 13:37

Ərdəbil əyalətində standart əlaqə yollarının olmaması bölgənin inkişafının qarşısını alır.

Gunaz.tv Quote | Gunaz article

Bu amil bölgədən başqa yerlərə köçün çoxalmasının da əsas səbəblərindən biri sayılır.

Əyalət məsullarının etirafına görə, Ərdəbil bölgəsi standart yol, özəlliklə magistral yol baxımından ölkə üzrə ortalama göstəricinin aşağısındadir. Xüsusilə kənd yolları bərbad vəziyyətdədir.

Bir çox kəndlərin ümumiyyətlə yolunun olmaması mərkəzdən qıraqda yaşayan əhali üçün ikiqat problemlər yaradır.

Əyalətin əlaqədar təşkilatlarının verdiyi məlumata görə, hal-hazırda əyalət üzrə 6625 kilometr yol mövcuddur. Bunlardan 180 kilometr magistral, 716 kilometr ana yol, 702 kilometr yan yollar və 527 kilometr isə kənd yollarıdır.

Qeyd olunan yollardan 2772 kilometri asfalt, 1035 kilometri şosse və qalanı isə torpaq yollardan ibarətdir.

Nəzərə alaq ki, statistikada asfalt yol kimi göstərilən yolların ortalama 55%-i köhnə, qeyri-standart və səmərəli istifadə müddəti bitmiş yollardır.

Xalxal və Kosər mahallarının İran parlamentindəki nümayəndəsi Seyid Qəni Nəzəri mətbuata verdiyi açıqlamada əyalətdə yol probleminə toxunub, bir sıra bölgələrin daha acınacaqlı durumda olduğunu deyib.

O, Xalxal mahalındakı asfalt kənd yollarının başqa bölgələrdən az olduğunu xatırladıb.

"Standart yolların salınması bölgənin iqtisadi inkişafı, əhalinin artımı və doğma torpaqlarında qalması üçün vacib amildir, ancaq Xalxalda şərait fərqli olduğu üçün əhalinin başqa bölgələrə köçü çoxalır”-deyə, o, bildirib.

Millət vəkili Ərdəbilin asfalt yolları məsələsində ölkə ortalamasından geri qaldığını deyib. O, Xalxalın bu məsələdə daha acınacaqlı durumda olduğunu, mahalın yollarının yalnız 45%-nın asfaltlandığını vurğulayıb. 

Seyid Qəni Nəzəri Xalxalın 750 kilometr kənd yollarının yalnız 300-ə kilometrinə asfalt salındığını və uzun illərdir bir sıra yolların təmiri, asfaltlanması ilə bağlı verilən vədlərin heç birinin yerinə yetirilmədiyini qeyd edib.

S.Q. Nəzəri hazırda Xalxal mahalının yalnız 147 kəndində yaşayış olduğunu xatırladıb, yolların olmaması ucubatından bu kəndlərin də bir çox başqa kəndlər kimi əhalidən boşalacağı ehtimalının yüksək olduğundan nigərançılığını ifadə edib.

Parlamentin üzvü bildirib ki, Xalxal mahalı asfalt yol göstəricisinə görə, ölkə standartlarından xeyli geri qalır. 

O, bildirib ki, kənd yollarının salınması üçün ayrılan vəsait bölgələrin əhalisi əsasında ədalətli şəkildə paylanılmalıdır.

جاده‌هایی خاکی که توسعه روستاها را سد کردند/چرخش پروژه‌های راه‌های روستایی  بر پاشنه بدهی | خبرگزاری فارس

Ərdəbil əyalətinin Yol Polisi İdarəsinin rəisi polkovnik Seyid Höccət Fəttahinin verdiyi məlumata görə, əyalətdə baş verən yol qəzalarının 42%-i kənd yollarında baş verir.

O, əyalət yollarının 70%-nın kənd yolları olduğunu xatırladıb. Bildirib ki, baş verən qəzaların və insan tələfatının qarşısının alınması üçün yolları standartlara uyğunlaşdırılmalıdır. 

Ərədbil əyalətinin Yol və Nəqliyyat İdarəsinin baş direktoru Kəlimullah Vusuqi planlaşdırmaya əsasən 200 kilometr kənd yolunun asfaltlanmalı və təmir edilməli olduğunu, lakin bunun yalnız 20%-nın həyata keçirildiyini etiraf edib.

 Ərdəbil əyalətinin valisi Əkbər Behnamcu da məsələ ilə bağlı verdiyi açıqlamada ölkənin Yol və Nəqliyyat Nazirliyi ilə yolların təmiri üçün müqavilə bağlandığını, bu iş üçün 300 milyard tümən vəsaiti lazım olduğunu deyib.

Ancaq bağlanan müqavilədə nəzərdə tutulan vəsaitin çox hissəsinin Ərdəbil əyalətinin öz qaynaqlarından təmin olunmalı olduğu vurğulanıb.

Son statistikaya görə, Ərdəbil əyalətində 1,248, 610 nəfər əhalinin 448,554 nəfəri 1694 kənddə yaşayır. 

Əyalətdə 8 gədik 9aşırım) mövcuddur. Bu gədiklər ilin payız və qış aylarında keçilməsi çətin olan yollar sayılır.

Onların əksəriyyəti standartlara uyğun deyil. Bu üzdən bu gədiklərdə insan tələfatı ilə müşayiət olunan çoxlu sayda qəzaları baş verir.

C.E

Mövzu ilə bağlı digər xəbərləri buradan oxu bilərsiniz:
Xalxalın ölüm saçan təhlükəli yolları: "Əksəriyyəti standartlara uyğun deyil"-Polis rəisi

Ərdəbildə ağır yol qəzası: Ölən və yaralananlar var

“Məsullar bölgə və kəndlərə səfər etməyi özlərinə sığışdırmır"- Ərdəbilin millət vəkili

 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

İranda 3 ayda 7 mindən çox azyaşlı qız ərə verilib

2021-07-23

gun az article

“Peyğəmbəri söymək”də günahlandırılan iki azərbaycanlı edam ediləcək- Hökm təsdiq edildi

2021-07-23

gun az article

“Azərbaycan mədənləri talanır, ətraf mühit məhv edilir”- Tanınmış ekoloqdan həyəcan təbili

2021-07-23

gun az article

Soyuqbulaqda faciə: İki nəfər Qızılüzən çayında boğuldu

2021-07-23

gun az article

Təbrizli fəal həbs olunub

2021-07-23

gun az article

Təbriz və Urmuda gərginlik: Mitinq ərəfəsi mlli fəallara təzyiqlər başlandı

2021-07-23

gun az article

Güneyli fəal Əkbər Nəiminin həbsi ilə bağlı xəbərlər Türkiyə mediasında

2021-07-23

gun az article

Milli fəal Şahin Bərzgər həbs olunub

2021-07-23

gun az article

Milli fəal Rza Vasiqi məzuniyyətə buraxılıb

2021-07-23

gun az article

GünazTV July.22.2021-Sözümüz:Zülmə Qarşi Nə Etməliyik?

2021-07-22

gun az article

Qəzvində COVİD-19-a görə yüksək təhlükəli qırmızı vəziyyət elan olundu

2021-07-22

gun az article

Qərbi Azərbaycanda yağıntının miqdarı azalıb

2021-07-22

gun az article

Çaldıranda ağır yol qəzası baş verib- Ölənlər var

2021-07-22

gun az article

Qərbi Azərbaycanın Poldəşt bölgəsi içməli su qıtlığından əziyyət çəkir

2021-07-22

gun az article

Millət vəkilindən gizli su çəkilişi layihələrinə etiraz: "Xuzistanın 700 kənd və 25 şəhərində su çatışmazlığı ağlamalı durumdur"

2021-07-22

gun az article

Tikantəpənin qızıl mədənində qarşıdurma: Müəssisənin rəhbəri hadisə yerindən qaçdı

2021-07-22

gun az article

Təbriz Xuzistan etirazlarına dəstək verdi: Vərəqələr yayıldı, mitinqə çağırış edildi-FOTOLAR

2021-07-22

gun az article

GünazTV July.21.2021-Görüş: Ələhvaz'da son durum, Biz nə etməliyik?

2021-07-21

gun az article

Beynəlxalq Əfv Təşkilatı vicdan məhbusu Əlirza Fərşinin azadlığını tələb edir

2021-07-21

gun az article

Güneyli fəal Zeynəb Həmrəng məzuniyyətə buraxıldı

2021-07-21