SON XƏBƏRLƏR

“Ərdəbil futbolu sərmayə qoyulmadığı üçün inkişaf etməyib”

2021.10.20, 07:36
“Ərdəbil futbolu sərmayə qoyulmadığı üçün inkişaf etməyib”

Gunaz.tv

GünAz TV: Ərdəbil Əyaləti Futbol Heyətinin rəisi təmsil etdiyi əyalətdə futbolun inkişaf etməməsinin səbəbini açıqlayıb.

 

Əyalətdə 146 futbol komandasının fəaliyyət göstərdiyini deyən Səməd Notaş bu növ idmanla bağlı ciddi nəticə əldə olunmadığını diqqətə çatdırıb.

 

“Əyalətdə futbol üçün lazım olan infrastruktur yoxdur. Futbolun inkişafı üçün sərmayə qoyulmadığına görə Ərdəbil futbolunda irəlləyiş müşahidə olunmur.”- deyə o bildirib.

 

Səməd Notaş Ərdəbil Əyalətindən 26 komandanın ölkə üzrə keçirilən yarışlarda iştirak etdiyini də qeyd edib.

 

“Futbol məktəblərinin açılması Ərdəbil Əyaləti Futbol Heyəti üçün prioritet məsələdir. Heyətimiz ilk dəfə olaraq futbol məktəblərinin səviyyəsi və standartlaşdırılmasına xüsusi diqqət yetirir.”- deyə Futbol Heyətinin rəisi əlavə edib.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar