SON XƏBƏRLƏR

Ərdəbil həbsxanası ilə bağlı nigaranlıqlar artıb – 14-cü korpusda saxlanılan məhbus koronavirusdan xəstəxanalıq oldu

2021.10.20, 07:36
Ərdəbil həbsxanası ilə bağlı nigaranlıqlar artıb – 14-cü korpusda saxlanılan məhbus koronavirusdan xəstəxanalıq oldu

Gunaz.tv

GünAz TV: Çərşənbə günü axşam saatlarında Ərdəbil həbsxanasının 14-cü korpusunda bir məhbusun səhhətinin ağırlaşdığı bildirilir.

 

Koronavirus xəstəliyi əlamətləri aşkarlanan məhbus  şəhərin İmam xəstəxanasına aparılıb.

 

Həmin məhbus iki gün əvvəl COVİD-19-un yüngül əlamətləri aşkarlandıqda həbsxananın poliklinikasına aparılmışdır. Xəstəyə qızdırma düşürən dərman verildikdən sonra O yenidən saxlandığı korpusa qaytarılmışdır.

 

Bundan əvvəl Ərdəbil həbsxanasının 1 və 6-cı korpusları bir neçə məhbusda koronavirus əlamətləri aşkar edildikdən sonra karantinə alınıb.

 

Koronavirus infeksiyasının həbsxanalarda yayılması səbəbindən Azərbaycan Əhalisi və İnsan Hüquqları Qurumları İran rejimini məhbusları müvəqqəti sərbəst buraxmağa çağırıb. Buna baxmayaraq rejim hələ də bir çox siyasi məhbus və təhlükəsiz ittihamlara görə həbs edilən məhbusları məzuniyyətə buraxmaqdan imtina edir.

Güney azərbaycanlı fəallar Abbas Lisani, Lətif Həsəni, Tövhid Əmir Əmini və Məhəmməd Əbdulməhəmmədzadənin məzuniyyətə buraxılmaması soydaşlarımızın nigaranlığına səbəb olub.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar