Ərdəbil prokroru Abbas Lisaninin tibbi məzuniyyətə buraxılmasına mane olur

2021-01-09 23:16

Bunu Abbas Lisaninin ailəsi məhkəmə və həbsxana məsullarına istinadən bildiriblər.

Gunaz.tv Quote | Gunaz article

Bu gün yanvar ayının 9-u, səhər saatlarında tanınmış siyasi məhbus Abbas Lisaninin ailə üzvləri Ərdəbil prokrorluğu və həbsxanasına müraciət etdikdən sonra yaxınlarına bu haqda məlumat veriblər.

 

Onlar həbsxana və məhkəmə məsullarına istinadən Ərdəbil prokroru Seyid Abdullah Təbatəbayinin “qərar verən dövlət orqanlarının yazılı göstərişi olmadığı” bəhanəsi ilə Abbas Lisanin müvəqqəti azadlığa buraxılmasına dair göstəriş verməkdən imtina etdiyini deyiblər.

 

Prokror siyasi məhbusun tibbi məzuniyyəti haqqında kordinasıyanın əlaqədar idarələr arasında şifahi olduğunu, qərarın icrasının gecikməsinin isə daha yuxarı instasiyalardan yazılı göstərişin gəlmədiyi ilə əlaqələndirib.

 

Son aylar A.Lisaninin Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsi ilə əlaqədar görüşünə və telefon əlaqəsinə qadağa qoyulduğu, habelə onda koronovirus simptomlarının görünməsi şünhəsinin artdığına görə, ailə üzvləri davamlı olaraq həbsxana və prokrorluqla əlaqədə olublar. Onlar indi gözlənilmədən prokrorun yeni “qərar verici yuxarı orqanlar” iddiasını başa düşə bilmirlər.

 

Lisani yaxınları və mədəni fəalların əksəriyyəti İranın məhkəmə və təhlükəsizlik orqanlarının Lisani ailəsini incitdiklərinin sabiqəsini bilirlər. Ona görə də, onlar məhkəmə və təhlükəsizlik idarələrinin yeni bir oyun quraraq Abbas Lisaninin ailəsinə mənəvi zərbə vurmaq niyyətlərindən nigərandırlar.

 

Bildərk ki, bundan öncə Abbas Lisani və onun işini ağırlaşdıraraq həbs müddətinin 8 ildən 15 ilə qaldırılması barədə qərar verən “Nasir Ətəbati” hal-hazırda Ərdəbil əyalətinin baş hakimidir. N.Ətəbati siyasi məhbusun məhkəmə işinə baxılmasında əsas rol oynayıb.

 

Qərarın icrasından sonra bu rol başqasına verilib. Həbsxana məsullarının dediyinə görə, Abbas Lisaniyə qarşı qoyulan bütün məhdudiyyət və qadağalar bir başa “Seyid Abdullah Təbatəbayi”nin göstərişi və nəzarəti ilə həyata keçirilir.

 

Abbas Lisani 2019-cu il yanvarın 15-də məhkəmə iclasına qatılmaq üçün müraciət etdiyi Təbriz İnqilab Məhkəməsinin 2-ci şöbəsində yoxa çıxmışdır. Sonralar onun təhlükəsizlik və məhkəmə orqanlarının birgə tədbiri ilə Ərdəbilə aparıldığı məlum olmuşdur.
 
Abbas Lisani iddianamədə qeyd olunan ittihamlardan bəraət qazandığı halda, iyulun 8-də Ərdəbil İnqilab Məhkəməsinin 1-ci şöbəsi tərəfindən 8 il həbs və 2 il Yəzd şəhərinə sürgünə məhkum edilib.
 
Tanınmış fəalın məhkəmə prosesi zamanı elan olunmayan “ölkənin təhlükəsizliyini pozmaq məqsədi ilə qrup yaratmaq” kimi qondarma ittihamla həbs və sürgünə məhkum edilməsi hər kəsi təəccübləndirib.
 
Abbas Lisani quraşdırılan son dosyesi ilə bağlı saxlanma, dindirilmə və məhkəmə prosesini Azərbaycanda gedən milli-mədəni hərəkatı radikal göstərməyə yönəlmiş bir ssenarinin tərkib hissəsi olduğunu bildirmişdir.
 
Abbas Iisani uzun illərdir ki, Azərbaycan türk millətinin demokratik və milli hüquqları uğrunda mədəni mübarizə aparır. Şəffaf və dinc mübarizəsi ilə seçilən fəal dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb, uzun illər həbs olunub və müxtəlif təzyiqlərə məruz qalıb.
 
C.E

 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

GünazTV June.24.2021-Sözümüz: Gündəmdə nə var?

2021-06-25

gun az article

GünazTV June.24.2021- Düşünməyə Çağırı: Güney Türküstanda nələr baş verir?

2021-06-25

gun az article

Şərqi Azərbaycanda "ağ ölüm" tüğyan edir: Ötən il narkotikdən ölənlərin sayı açıqlanıb

2021-06-24

gun az article

Tehranda Bağır xanın adı metro stansiyası üzərindən götürüldü

2021-06-24

gun az article

Urmu gölündə suyun səviyyəsi 57 santimetr azalıb

2021-06-24

gun az article

Ərdəbilin Yamçı su anbarının 70 faizi boşdur

2021-06-24

gun az article

Təbrizdə bir neçə yerdə yanğın baş verib-VİDEO

2021-06-24

gun az article

Marağada bəxbəxt hadisə: Hündürlükdən yıxılan işçi xəstəxanada öldü

2021-06-24

gun az article

Sulduzda avtobus qəzasında yaralanan jurnalist: “Açıq desinlər ki, sizi öldürmək planımız var idi"- VİDEO

2021-06-24

gun az article

Həsən Dəmirçinin anım günüdür: Böyük maarifçi ziyalının ölümündən 3 il ötür

2021-06-24

gun az article

Sulduzda dəhşətli qəza: Jurnalistləri daşıyan avtobus dərəyə aşıb, ölən və yaralanan var-FOTO

2021-06-24

gun az article

Əsəri Avropada qızıl medal alan, çayda boğulan təbrizli yazıçı- Anım günüdür-VİDEO

2021-06-24

gun az article

GünazTV June.23.2021-Görüş: İranda prezident seçkilərinin nəticəsi, Batı Azərbaycanda birliyimizin hərakatımıza təsiri

2021-06-24

gun az article

"Amnesty International"dan xəbərdarlıq: İranda 20 yaşlı gənc yaxın günlərdə edam ediləcək

2021-06-23

gun az article

Həmədanda COVİD-19-a yoluxma sayı yenidən artıb

2021-06-23

gun az article

Zəngan bəndlərində suyun həcmi kəskin azaldı

2021-06-23

gun az article

Səreyinin tarixi Kanzaq kompleksi baxımsız qalıb: Abidənin bərpasına pul ayrılmır

2021-06-23

gun az article

Xomeyninin nəticəsi türkləri işğalçı və talançı adlandırdı

2021-06-23

gun az article

İranın Atom Enerjisi Təşkilatının binasına hücum olub

2021-06-23

gun az article

Zənganın Əbhər şəhərində azərbaycanlı gənc həbs edilib

2021-06-23