SON XƏBƏRLƏR

Ərdəbil Şəhər Şurasının üzvü şəhərdəki layihələrin icra olunmamasını tənqid edib

2021.10.20, 07:36
Ərdəbil Şəhər Şurasının üzvü şəhərdəki layihələrin icra olunmamasını tənqid edib

Gunaz.tv

GünAz TV: Ərdəbil Şəhər Şurasının katibi təmsil etdiyi şəhərdə bir çox tikinti layihəsinin vaxtı-vaxtında icra olunmamasını tənqid edib.

 

Bu barədə “Mehr” xəbər agentliyinə danışan Yaqub Haşimi bildirib ki, hər kəs layihələrin təyin olunmuş vaxtda istifadəyə veriləcəyini gözləyirdi.

 

Ərdəbil Şəhər Şurasının üzvü bu şəhərin Bələdiyyə İdarəsinin maliyyə probleminin ciddi olduğunu vurğulayaraq nəzərdə tutulan müxtəlif layihələrin qısa zamanda icra olunacağı barədə ümidverici heç nə deməyib.

 

“Ərdəbilin mebel bazarı layihəsi, dəmir bazarının yeni əraziyə köçürülməsi, vəhdət meydanı və digər onlarla önəmli layihə uzun müddətdir ki, icrasını gözləyir. Lakin Bələdiyyə İdarəsi bu istiqamətdə heç bir iş görə bilmir. Hesab eliyirəm ki, qarşıdakı ildə 6,7 önəmli layihə icra olunub əhalinin istifadəsinə verilərsə, bu mühüm addım olacaq.”- deyə Yaqub Haşimi bildirib.

 

Qeyd edək ki, uzun illərdir Güney Azərbaycanın bütün əyalətlərində çox sayda tikinti layihəsi yarımçıq buraxılıb. Bəzi layihələrdə isə reklam naminə yalnız təməlqoyma mərasimi keçirilib, lakin heç bir iş görülməyib. Yerli məsullar layihələrin istifadəyə verilməməsini büdcə çatışmazlığı ilə izah edir. Bu problemin əsasən Güney Azərbaycan şəhərlərində müşahidə olunması yerli əhalinin kəskin etirazına səbəb olub.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar