SON XƏBƏRLƏR

Ərdəbil valisi kəndlərin əhalidən boşalmasından nigaranlığını bildirib

2021.10.20, 07:36
Ərdəbil valisi kəndlərin əhalidən boşalmasından nigaranlığını bildirib

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanın bütün əyalətlərində olduğu kimi, Ərdəbil Əyalətində də kəndlər tədricən  əhalidən boşalır.

 

Bu məsələ vaxtaşırı bəzi yerli məsulların da etirazına səbəb olur.

 

Bu dəfə Ərdəbil valisi Əkbər Behnamcu prezidentin kəndlərin inkişafı üzrə müavini ilə görüşündə bu məsələyə görə öz nigaranlığını bildirib.

“Kəndlər boşalır, hamı şəhərə üz tutur. Bu, bir çox çətinliyə səbəb olur. Şəhərlərin ətrafında qeyri-rəsmi yaşayış məntəqələrində məskunlaşmaq və bir çox ictimai problemlər məhz bu məsələ ilə bağlıdır.”- deyə o qeyd edib.

 

Vali kənd əhalisinin köçməsinin səbəbinə də toxunub. O vurğulayıb ki, kəndlilərin məşğul olduğu işlər, o cümlədən heyvandarlıq işi zəifdir, bu işlərlə normal gəlir əldə etmək mümkün olmadığı üçün insanlar yaşadıqları kəndi tərk edir.

 

Qeyd edək ki, son vaxtlar sözgedən problem Ərdəbil Əyalətinin məsulları tərəfindən tez-tez dilə gətirilir. Əslində oxşar hadisə Güney Azərbaycanın bütün əyalətlərində yaşanır. Bu məsələ bölgənin demoqrafik tərkibinin dəyişməsinə, bəzi məntəqələrdə, xüsusi ilə də Qərbi Azərbaycan Əyalətində bölgənin kürdləşməsi ilə nəticələnir. İranın iqtisadi ayrı-seçkilik səyasəti nəticəsində yaşanan problem gün keçdikcə ciddiləşir.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar