SON XƏBƏRLƏR

Ərdəbil valisi: Səreyn şəhərinin böyük sahəyə ehtiyacı var

2021.10.20, 07:36
Ərdəbil valisi: Səreyn şəhərinin böyük sahəyə ehtiyacı var

Gunaz.tv

GünAz TV: Ərdəbilin valisi Əkbər Behnamcu Səreynin turizm imkanlarından danışarkən şəhərin sahə qıtlığından əziyyət çəkdiyini bildirib.

 

O bu barədə Səreyn şəhərində müqavimət iqtisadiyyatı mövzusunda keçirilən tədbirdə çıxış edib.

“Şəhərin bugünkü vəziyyətində turistlərə düzgün xidmət göstərmək mümkün deyil. Hesab eliyirəm ki, Səreyn şəhəri böyüməli və daha çox sahəyə malik olmalıdır. Yalnız bu şəraitdə səhiyyə, turizm və əyləncə sahəsinə sərmayə yatırmaq mümkün olar.”- deyə o bildirib.

 

Əkbər Behnamcu vurğulayıb ki, Səreyn uzun illərdir lazımi qədər böyüyüb və inkişaf etməyib. Şəhərin sahəsi çox kiçikdir, bu vəziyyət inşaat və turizm layihələrinin icra edilməsinə imkan vermir.

 

Vali əlavə edib ki, Səreyninin inkişafı planı layihəsində beynəlxalq təcrübələrdən istifadə olunmalı və bu barədə məsləhətləşmələr keçirilməlidir.

 

Səreyn Ərdəbil Əyalətinin ən əsas turizm məntəqələrindən biridir. Bu şəhər Ərdəbilin 27 kilometr cənub-qərbində yerləşir.

 

Qeyd edəd ki, bir çoxları yoxsulluq və işsizliyin hökm sürdüyü Güney Azərbaycanda turizm sektorunun inkişaf etməsinə göz tikib. Əslində Azərbaycanın əksər şəhər və kəndlərində turizm üçün böyük potensial var. Lakin dövlət bölgəyə sərmayə yatırmadığı üçün bu sahədə ciddi uğur əldə etmək mümkün olmur. Bəzi yerli məsullar vaxtaşırı turizm sektoru ilə bağlı müəyyən çatışmazlıqları dilə gətirsələr də bu istiqamətdə heç bir tədbir almaq iqtidarında olmadıqlarını bildirirlər.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar