Ərdəbil və Astara ziyalıları bir araya gəldi- "Parla" hotelində “Birlik görüşü" keçirilib

2021-06-04 12:05

Ərdəbil-Astara ziyalıları, sənət adamları və yazıçıları Heyran gədiyində yerləşən Parla hotelində “Birlik görüşü" keçirib.

Gunaz.tv Quote | Gunaz article

Hər iki şəhərin sənət və ədəbiyyat nümayəndələrinin təşəbbüsü ilə keçirilən görüşə dəvət edilməsə də bir bir neçə hökumət nümayəndəsi də qatılıb.

Hər iki şəhərin nümayəndələri bu görüşün son günlər süni şəkildə yaradılan gərginliyin aradan qaldırılması məqsədilə keçirildiyini vurğulayıb.

Görüşdə qeyd olunub ki, iki şəhər arasında dərin və sarsılmaz qohumluq, tarixi və mədəni bağlılıq var və təxribatçılar bunu aradan qaldırmağa nail ola bilməyəcək.

Ərdəbilli şair və ziyalıları Astaralı nümayəndələrinə şirniyyat və gül dəstələri hədiyyə edib, bu iki şəhərin birliyinin sarsılmaz olduğunu vurğulayıblar.

Ötən həftənin çərşənbə günü Astarada bir neçə ərdəbilli və astaralı gəncin arasında baş verən toqquşmadan sonra bunun məqsədli şəkildə sosial mediada yayınlanması gərginliyin böyüməsinə, başqa şəxslərin qarşıdurmaya qoşulmasına səbəb olub.

Beləki öyrədilmiş şəxslər ərdəbillilərə qarşı kobudluq edib və onları döyüb. Bu şəxslər özlərini türk kimi qələmə verərək məqsədli şəkildə Ərdəbil və Təbriz türklərini təhqir ediblər.

Güney Azərbaycanın milli-mədəni fəalları isə anti-türk cərəyanların və təşkilatların fitnəkar planlarını zərərsizləşdirmək üçün kampaniya başladıblar. 

Kampaniyada Güney Azərbaycan türkləri qısa video müraciətlər yayıb, “Ərdəbil-Astara qardaşdır, Ərdəbil-Astara Azərbaycandır” deyiblər. Bununla Güney Azərbaycan türklərinin birliyi ifadə olunub və Astaranın Azərbaycanın ayrılmaz hissəsi olduğu vurğulanıb.

Bununla yanaşı, Güney azərbaycanlı milli-mədəni fəal və keçmiş siyasi məhbus Meysəm Colani Astara hadisələrinin arxasında gizlənmiş pis niyyətlərə etiraz əlaməti olaraq iyunun 1-i səhər saatlarında barış, birlik və dostluq nümayişi olaraq Ərdəbildən Astaraya doğru yürüşə başlayıb. 

Ərdəbilli fəal iyunun 2-də Astaraya çatıb və şəhər  əhalisi tərəfindən hörmətlə qarşılanıb. 

Qeyd olunan hadisə ilə bağlı mətbuata açıqlama verən Astara şəhərinin polis rəisi 7 nəfərin Astarada, 5 nəfərin isə Ərdəbildə saxlanıldığını bildirib.

C.E
 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Urmuda saxlanılan fəallar polis bölməsində döyülüb

2021-07-25

gun az article

Abbas Lisaninin telefon danışığına qadağa qoyulub

2021-07-25

gun az article

Milli fəal Siyamək Kuşi saxlanılıb

2021-07-25

gun az article

Təbrizli fəal etiraz aksiyasında həbs olunub

2021-07-25

gun az article

Brukseldə ərəb fəallar azərbaycanlı məhbuslara dəstək aksiyası keçirib

2021-07-25

gun az article

Təbrizdə milli fəal Məhəmməd Mahmudi həbs olunub

2021-07-25

gun az article

Təbriz aksiyasında milli fəal Səməd Ladvəndi həbs olunub

2021-07-24

gun az article

Təbrizli milli-mədəni fəal Ulduz Qasimi saxlanılıb

2021-07-24

gun az article

Təbrizdə elektrik kəsildi- Aksiyada milli hökumətin qurulmasına çağırış edildi-VİDEO

2021-07-24

gun az article

Xiyav şəhərinə çox sayda texnika və polis qüvvələri yeridilib-FOTO

2021-07-24

gun az article

Hökumət Təbrizdə kəşfiyyat dronlarını havaya qaldırdı-VİDEO

2021-07-24

gun az article

Ərdəbildə təhlükəsizlik tədbirləri gücləndirildi-FOTO

2021-07-24

gun az article

Təbrizdə polis etirazçıları dağıtmağa çalışır-VİDEO

2021-07-24

gun az article

Güney Azərbaycan şəhərlərində etiraz aksiyaları başladı-VİDEO

2021-07-24

gun az article

Güneydə daha iki fəal saxlanılıb, bir fəalın isə taleyindən xəbər yoxdur

2021-07-24

gun az article

Xiyavın Əhmədabad kəndində bir neçə tarixi əsər aşkar edilib

2021-07-24

gun az article

Güneydə milli fəallara təzyiqlər başlandı: Müctəba Əbduli saxlanıldı

2021-07-24

gun az article

Beynəlxalq mədəniyyət və elm təşkilatları Güney azərbaycanlı alimlə bağlı çağırış etdi

2021-07-24

gun az article

Soyuqbulaqda 760 hektar qamışlıq ərazidə yanğın baş verib

2021-07-24

gun az article

Behnam Şeyxinin şərti azadlığa buraxılması ilə bağlı müraciəti qəbul olunub

2021-07-24