SON XƏBƏRLƏR

Ərdəbil və astaralı gənclər “Heyran gədiyi”ndə şüarlar səsləndiriblər – Video / “Heyran gədiyi”nə gedən azərbaycanlı şair bölgəyə göz tikənlərə xəbərdarlıq edib

2021.10.20, 07:36
Ərdəbil və astaralı gənclər “Heyran gədiyi”ndə şüarlar səsləndiriblər – Video / “Heyran gədiyi”nə gedən azərbaycanlı şair bölgəyə göz tikənlərə xəbərdarlıq edib

Gunaz.tv

GünAz TV: Ərdəbil Əyalətində yerləşən “Heyran gədiyi”nin Gilan Əyalətinə ilhaq edilməsi ilə əlaqədar cəhdlər və buna qarşı azərbaycanlıların etirazı, həmçinin vaxtı ilə Azərbaycandan qoparılan Astaranın Ərdəbil əyalətinə yenidən birləşdirilməsi ilə bağlı tələblər davam edir.

Son məlumata görə, Ərdəbil və Astara şəhərlərindən olan bir qrup gənc şənbə günü “Heyran gədiyi” məntəqəsinə gedərək Güney Azərbaycan və Ərdəbil Əyalətinə qarşı ərazi iddiası edənlərə xəbərdarlıq ediblər. Azərbaycan marşı səsləndirən gənclər “Heyran gədiyi” ətrafında baş verən hadisələri kəskin pisləyib.

https://www.youtube.com/watch?v=KShZVANjG2c


Gənclər həmçinin Azərbaycan rəqsi nümayiş etdirib,  “Azərbaycan oyaqdı, Traxtura dayaqdı” və “Ərdəbil oyaqdı – Traxtura dayaqdı” kimi şüarlar səsləndiriblər.

https://www.youtube.com/watch?v=lhoPo7h10Xw


Bu arada daha bir milli-mədəni fəal və şair “Heyran gədiyi”nə gedərək bu ərazinin Ərdəbil Əyalətindən ayırıb Gilana birləşdirmək istəyənlərə xəbərdarlıq edib.

Mayın 6-da “Heyran gədiyi”nə gedən Əli Səmədpur sözügedən ərazidə şəkil çəkdirib və həmin görüntünü İnstaqram səhifəsində yayıb. Fəal öz etirazını bir beyt şeir ilə diqqətə çatdırıb. “Heyran” Gilan torpağı ola bilməz – O xəbislərin çənginə düşə bilməz”- deyə o vurğulayıb.



Azərbaycanlı fəal həmçinin Astaranın yenidən Ərdəbil Əyalətinə ilhaq edilməsini də tələb edib.

Ə.Səmədpur sistemin əleyhinə təbliğ və Əli Xamneyini təhqir etmək ittihamı ilə məhkum edildiyi 2 illik həbs cəzasını çəkdikdən sonra 2015-ci il iyunun 2-də həbsxanadan azadlığa buraxılıb.

Qeyd edək ki, Novruz bayramı günlərində “Heyran gədiyi” məntəqəsində turistlərə xidmət göstərmək bəhanəsi ilə çox sayda lövhə quraşdırılıb. Gilan rəhbərliyi tərəfindən quraşdırılan lövhələrdə “Heyran gədiyi” Gilan Əyalətinin inzibati ərazisi kimi göstərilib.

Ərdəbil Əyalətinə edilən ərazi iddiası azərbaycanlı gənclərin kəskin etirazı ilə qarşılanıb. Bundan sonra lövhələrin üzərindəki yazılar gənclər tərəfindən silinərək oxunulmaz hala salınıb, onların bir neçəsi isə aşağı endirilib.
 
Astara şəhəri Gilan Əyalətinin mərkəzi olan Rəşt şəhərinin təxminən 200, Ərdəbilin isə 70 kilometrliyində yerləşir. Bu şəhər vaxtı ilə Ərdəbil şəhəri və Şərqi Azərbaycan Əyalətinə bağlı olub. Sonralar ölkənin inzibati ərazi bölgüsündə müvəqqəti olaraq Gilan Əyalətinə ilhaq edilib. Şəhərin əhalisi Azərbaycan türkləridir, onlar bütün azərbaycanlılar kimi Astaranın yenidən Ərdəbil Əyalətinə ilhaq edilməsini tələb edir.


N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar