Ərdəbil, Zəncan və Həmədan əyalətlərində koronavirusla bağlı son vəziyyət

2020-09-12 13:46

Güney Azərbaycanın Ərdəbil, Zəncan və Həmədan əyalətlərində koronavirusla bağlı son vəziyyət barədə məlumat yayılıb.

Gunaz.tv Quote | Gunaz article


Ərdəbil Tibb Universitetinin rektoru Şəhram Həbibzadə bu gün Covid-19 infeksiyası ilə bağlı yaydığı məlumatda bildirib ki, Ərdəbil əyalətində son 1 sutka ərzində 28 nəfər koronavirusa yoluxub, 1 nəfər isə xəstəlikdən vəfat edib: “Bu 28 xəstədən 19-u Ərdəbil əhərində, 1-i Parsabadda, 1-i Meşkinşəhrdə, 4-ü Germidə, 3-ü isə Xalxal şəhərində xəstəxanalara yerləşdirilib.


Hazırda isə Ərdəbil əyalətinin xəstəxanalarında virusa yoluxmuş 223 nəfər müalicəsini davam etdirir və təəssüflər olsun ki, onlardan vəziyyəti ağır olan 61 nəfər reanimasiya şöbələrində saxlanılır” –deyə, Ərdəbil Tibb Universitetinin rektoru Şəhram Həbibzadə əlavə edib.


Güney Azərbaycanın Zəncan əyalətində isə son 1 gün ərzində 14 yeni növ “Covid-19”a yoluxma halı aşkarlanıb, 3 nəfər xəstəlikdən ölüb.


Bu barədə sentyabrın 12-də məlumat yayan Zəncan Tibb Universitetinin saytı bildirib ki, Zəncan əyaləti hazırda yaılmaqda olan koronavirus baxımından qırmızı və fövqəladə hal vəziyyətindədir: “Hazırda Zəncan əyalətinin xəstəxanalarında 305 nəfər müalicəsini davam etdirir. Ölkədə koronavirus yayılmağa başladığı gündən indiyədək xəstəliyə yoluxan ümumilikdə 10 437 nəfər Zəncan xəsgtəxanalarına yerləşdirilib.


Təəssüflər olsun ki, son bir sutka ərzində daha 3 nəfər xəstəlikdən vəfat edib və bununla da Zəncan əyalətində indiyədək yoluxucu xəsəlikdən ölənlərin sayı 456 nəfərə çatıb. 


Həmçinin Zəncan əyalətində koronavirus yayılmağa başladığı gündən indiyədək virusa yoluxmuş 2943 nəfər xəstəlikdən sağalaraq evə buraxılıb” –deyə, Zəncan Tibb Universiteti saytının xəstəliklə bağlı yaydığı məlumatında bildirilir.


Güney Azərbaycanın Həmədan əyalətinin valisi Səid Şahroxi isə bu gün mediaya açıqlamasında əyalətdə koronavirusa yoluxanlarfın sayının azalmağa başladığından xəbər verib. 


O bildirib ki, Həmədan əyalətində xəstəliyə yoluxma halları azalsa da, vəziyyət hələ də kövrəkdir: “Hesab edirik ki, Həmədan sakinləri xəstəliyin yayılmasının qarşısını almaq üçün maska taxmalı, başqalarından məsafə saxlamalı və gigiyena qaydalarına riayət etməlidirlər. Hazırda xəstəliklə bağlı vəziyyət kövrəkdir və əgər Həmədan əhalisi edilən tövsiyələrə əməl etməsələr xəstəlik yenidən daha sürətlə yayılmağa başlaya bilər” –deyə, Həmədan valisi Səid Şahroxi əlavə edib.


Səid Şahroxi Həmədan əyalətində koronavirusdan ölənlərin və xəstəliyə yoluxanların son statistikasını açıqlamayıb.


Qeyd edək ki, Güney Azərbaycanın Qəzvin, Şərqi və Qərbi Azərbaycan əyalətlərində koronavirusla bağlı son vəziyyət barədə hər hansı bir məlumat yayılmayıb. 


A.M
 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

GünazTV Oct.22.2020-Sözümüz: Qarabağ Savaşı və Milli Oyanış

2020-10-23

gun az article

GünazTV Oct.22.2020- Düşünməyə Çağırı: Türkistandan Qarabağa

2020-10-23

gun az article

GünazTV Oct.22.2020 : “Paşinyan müharibə istəyir. Bu halda rəsmi Bakının addımları nə olacaq?”

2020-10-22

gun az article

Son etirazlarda tutulan 66 fəalın adı məlum olub

2020-10-22

gun az article

Milli fəal Əli Əzizinin məhkəmə iclası keçirilib

2020-10-22

gun az article

Xanım Həkimə Əhmədi mülki vəsiqə qərarına rəğmən, məhkəmədən Təbriz zindanına aparılıb

2020-10-22

gun az article

Bir qrup milli fəal müvəqqəti azadlığa buraxılan Səccad Colani ilə görüşüb

2020-10-22

gun az article

Milli fəallar Təbriz həbsxanasında aclıq aksiyasına başlayıblar

2020-10-22

gun az article

İranın Ermənistana dəstəyinə qarşı keçirilmiş etirazlarda tutulan xanımlardan bəzilərinin adları məlum olub

2020-10-22

gun az article

GünazTV Oct.21.2020: Qarabağ davası Dünya mediasında, İrançılar nədən ermənilərə dəstək verirlər

2020-10-22

gun az article

GünazTV Oct.21.2020 : “Azərbaycanın şanlı ordusu 27 il sonra Zəngilanı işğaldan azad etdi!”

2020-10-21

gun az article

Milli fəal Vəhid Bəyzadə həbs edilib

2020-10-21

gun az article

13 milli fəal Təbrizin İnqilab məhkəməsinə çağırılıb

2020-10-21

gun az article

Təbriz etirazında tutulan milli fəal Həmid Məhəmmədtağızadə zindana köçürülüb

2020-10-21

gun az article

Milli fəal Zeynal Tənhayi müvəqqəti azadlığa buraxılıb

2020-10-21

gun az article

Ciral parkında tutulan fəallar Ərdəbilin Mərkəzi həbsxanasının müvəqqəti saxlama təcridxanasına köçürülüblər

2020-10-21

gun az article

Məsullar Təbrizdə son etirazlarda tutulmuş xanımlarla bağlı məlumat vermirlər

2020-10-21

gun az article

Ceyhun Bayramov Moskvaya gedib

2020-10-21

gun az article

Doktor Maşallah Rəzmi Qarabağla bağlı Kanadanın "Pəyam Radiosu"na müsahibə verib

2020-10-21

gun az article

Milli fəallar Vudud Əsədi və Məhəmməd Eyni həbs edilib

2020-10-21