Ərdəbil zindanında Abbas Lisaniyə qarşı yeni təzyiqlər

2021-02-03 23:16

İran hökuməti tanınmış siyasi məhbus Abbas Lisaniyə qarşı təzyiqlərini davam etdirir.

Gunaz.tv Quote | Gunaz article

Bu gün fevral ayının 3-ü, çərşənbə günü, Abbas Lisani ailəsi ilə telefon danışığı zamanı özünə qarşı yeni təxribat və təzyiqlərin olduğunu bildirib.

 

Siyasi məhbusun dediyinə görə, ağır narkotik alışqanlığı olan “H.Şahi” adında bir məhbus onun saxlanıldığı bəndə köçürülüb. H.Şahi köçürüldüyü ilk gündən onu və başqa məhbusları söyərək əlbəyaxa olmağa çalışıb.

 

Son hadisə bu gün, 3 fevralda baş verib. Adı çəkilən şəxs səbəbsiz yerə Abbas Lisanini təhqir edərək ona hücum edib. Siyasi məhbusun reaksiyası və başqa məhbusların müdaxiləsi ilə ara sakitləşdirilib.

 

A.Lisaninin bildirdiyinə görə, onun saxlanıldığı bölmədə olan 6 məhbus məsələ ilə bağlı həbsxana rəhbərliyinə məktub yazaraq məsələnin araşdırılmasını istəyiblər. Məktubda ehtimal olunan təxribatın nəticələri ilə bağlı zindan rəhbərliyi və buna qərar verən şəxslərin məsuliyyət daşıdığı vurğulanıb.

 

2020-ci ilin oktyabr ayından bəri Abbas Lisaniyə qarşı təzyiqlər şiddətlənib. Yaxınları ilə görüşə və telefon danışığına icazə verilməməsi, koronovirusun yayıldığı bir vaxtda normal tibbi, müayinə-müalicə xidmətindən məhrum edilməsi, girov qoyulmasına baxmayaraq “yuxarılardan yazılı göstəriş gəlməyib” bəhanəsi ilə tibbi məzuniyyətə buraxılmaması və s. siyasi məhbusa qarşı planlı şəkildə həyata keçirilən təzyiqlərin bir hissəsidir.

 

Abbas Lisani dinc və mədəni fəaliyyətlərinə görə davamlı olaraq İranın təhlükəsizlik orqanlarının təzyiqləri altında olan azsaylı fəallardandır. Özünün qondarma ittihamlarla tutuqlanma, işgəncə, həbs və sürgünə məruz qalması, ailə üzvlərinin həyat və işlərinə maneələr törədilməsi, psixoloji təsir və təhdid üçün ailəsinə məxsus avtomobilin yandırılması edilən basqılardan sadəcə bir neçə nümunədir.

 

Xatırladaq ki, Beynəlxalq Əfv Təşkilatı dəfələrlə Abbas Lisaninin fəaliyyətlərini dinc dəyərləndirmiş, ona qarşı məhkəmə proseslərini siyasi və qərəzli adlandırmışdır.

 

C.E
 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Güclü yağış Təbrizdə həyatı iflic etdi: Evlər, dükanlar su altına qaldı-VİDEO

2021-05-08

gun az article

Təbrizdə narazılıq: Divarlara etiraz şüarları yazıldı-FOTOLAR

2021-05-08

gun az article

GünazTV May.07.2021-Azadlıq səsi: Vətənpərvərlik, Azərbaycançılıq

2021-05-07

gun az article

GünazTV May.07.2021: Körpü: İran Şövonizminin Quzey Azərbaycan'da Təxribatçı Cəhdləri

2021-05-07

gun az article

Qərbi Azərbaycanda əməliyyat: Tarixi əşya qaçaqmalçıları ifşa edildi

2021-05-07

gun az article

Güneyli qadın avarçəkənlər bürünc medal qazanıb

2021-05-07

gun az article

Zəngan şəhərinin bələdiyyə işçiləri etiraz aksiyası keçirib

2021-05-07

gun az article

"Allah ona ağıl versin"-İran Güləş Federasiyasının başçısı azərbaycanlı atleti təhqir etdi-VİDEO

2021-05-07

gun az article

Amerikanın İran siyasəti dəyişir?: “Artıq dərk edirlər ki, İran təkcə fars deyil”-İstiqlalçı millət vəkili

2021-05-07

gun az article

Tikantəpədə həbslər olub- 2 milyardlıq cinayət

2021-05-07

gun az article

Zənganda yaşı 3 min il olan tarixi əşyalar tapıldı

2021-05-07

gun az article

Urmuda əməliyyat: Döyüş silahları ələ keçirildi

2021-05-07

gun az article

Təbriz-İzmir aviareysləri bərpa edildi

2021-05-07

gun az article

"Milli yola inamımız dəmir barmaqlıqları sındıracaq"-Ərdəbildə siyasi məhbuslarla görüş keçirilib

2021-05-07

gun az article

GünazTV May.06.2021-Sözümüz: Fuzuli

2021-05-07

gun az article

GünazTV May.06.2021- Düşünməyə Çağırı: Milli Ruh və Bütöv Azərbaycan

2021-05-06

gun az article

Təbrizdə küçə adları farslaşdırılır-Bələdiyyədən absurd qərar

2021-05-06

gun az article

Zənganlı paralimpiyaçı Dünya kuboku uğrunda yarışlarda iştirak edəcək

2021-05-06

gun az article

Xalxalda məktəb binaları çatışmır: Hökumət problemin həllinə biganədir

2021-05-06

gun az article

Şərqi Azərbaycanda su qıtlığı gözlənilir-Valinin nümayəndəsi xəbərdarlıq etdi

2021-05-06