SON XƏBƏRLƏR

Ərdəbil zindanında məhbus həyatı yaşayan Rəhim Qulami huşunu itirib, ona süni tənəffüs tətbiq olunub

2021.10.20, 07:36
Ərdəbil zindanında məhbus həyatı yaşayan Rəhim Qulami huşunu itirib, ona süni tənəffüs tətbiq olunub

Gunaz.tv

GünAz TV: Ərdəbil zindanında bir illik həbs cəzasını çəkməkdə olan güney azərbaycanlı fəal və yazıçı Rəhim Qulaminin səhhəti ağırlaşıb.

 

Məlumata görə, dekabrın 16-da astma və böyrək xəstəliyindən əziyyət çəkən azərbaycanlı fəalın vəziyyəti ağırlaşaraq huşunu itirib. O zindanının poliklinikasına aparılıb və saatlarla üzərində süni tənəffüs tətbiq olunub.

 

Zindan məsulları fəalla eyni korpusda saxlanılan məhbusların etirazına cavab olaraq bildiriblər ki, “bu məhbusla bağlı bütün qərarlar təhlükəsizlik orqanları tərəfindən verilir. Ona görə də onun normal xəstəxanada müalicə olunması zindan məsullarından asılı olan məsələ deyil.”

 

Rəhim Qulami ilə eyni korpusda saxlanılan güney azərbaycanlı fəal Müctəba Pərvin ötən günlərdə azadlığa buraxılıb. O Rəhim Qulaminin sağlıq durumunun yaxşı olmadığını, bunun üçün nigranlıq hissi keçirdiyini bildirmişdir.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar