SON XƏBƏRLƏR

Ərdəbil zindanında məhbus həyatı yaşayan siyasi məhbus Məhkəmə Sisteminin rəisinə məktub yazıb: Mənim nəfəs çəkməyim haramdırmı?!

2021.10.20, 07:36
Ərdəbil zindanında məhbus həyatı yaşayan siyasi məhbus Məhkəmə Sisteminin rəisinə məktub yazıb: Mənim nəfəs çəkməyim haramdırmı?!

Gunaz.tv

GünAz TV: Tanınmış güney azərbaycanlı milli-mədəni fəal Abbas Lisani ilə birlikdə Ərdəbil zindanının 7-ci bölümündə məhbus həyatı yaşayan bəluç kökənli siyasi məhbus Məhəmməd Sabir Məlik Rəisi İran Məhkəmə Sisteminin rəisi İbrahim Rəisiyə məktub ünvanlayıb.

 

O yazdığı məktubda həbsxananın ağır şəraitdə olması, siyasi məhbusların məzuniyyətə buraxılmaması və ötən günlərdə həbsxanaya baxış keçirən Ərdəbil baş prokurorunun kobud ifadələrinə etiraz bildirib.

 

Məhəmməd Sabir Məlik Rəisi Məhkəmə Sisteminin rəisindən bu vəziyyətə baxmasını tələb edib.

 

“Mən 15 il həbsə məhkum edilmişəm, hazırda həbs cəzamın 11-ci ilini çəkirəm. Bu vəziyyətdə mən ölməliyəmmi?! Mənim nəfəs çəkməyim haramdırmı?! Prokurorun məhbusa hötmətsizlik etmək və qışqırmaq hüququ varmı?! Prokurorun mənim haqqımda ölüm fətası çıxarmaq haqqı var?! Bu onu göstərir ki, koronavirus bəhanəsi ilə mən və digər məhbusların öldürülməsi ilə bağlı müəyyən planlar var”- deyə məktubun bir hissəsində qeyd olunub.

 

Qeyd edək ki, martın 29-da Ərdəbil Ədliyyə İdarəsinin rəisi Nasir Ətəbati və Ərdəbilin baş prokuroru Abdulla Təbatəbayi koronavirus epidemiyası ilə bağlı məhbusların məzuniyyəti ilə əlaqədar Ərdəbil həbsxanasının bəzi bölümlərinə baxış keçiriblər.

 

Abdulla Təbatəbayi həbsxananın 7-ci bölümündə Məhəmməd Sabir Məlik Rəisidən ittihamını soruşub. Məhbus “milli təhlükəsizliyli pozmağa cəhd götərmək”də ittiham olunduğunu bildirib. Baş prokuror bunun cavabında deyib: “Məzuniyyət nədir! Təhlükəsizlik və siyasi ittihamlara görə həbs edilən məhbusların nəfəs çəkməsi belə haramdır!”

 

Bu məsələ tanınmış fəal Abbas Lisaninin sərt reaksiyasına səbəb olmuşdur. O baş prokurora xitabən bildirib ki, sizin milli təhlükəsizlikdən anlayışınız nədir?!

 

“Millət və əhalinin hüququnu tələb etmək milli təhlükəsizliyə qarşı çıxmaqdır?! Yoxsa siz milli təhlükəsizlik deyəndə özünüzün, ərbablarınızın və bütövlükdə hökumət rəsmilərinin təhlükəsizliyini nəzərdə tutursunuz?! Bu sözlər göstərir ki, sizlər koronavirus bəhanəsi ilə siyasi müxaliflərinizi öldürmək istəyirsiniz.”- deyə azərbaycanlı fəal əlavə edib.

 

N.S

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar