Ərdəbil zindanında edama məhkum edilmiş gənc damarlarını kəsdi

2021-06-14 15:25

Güney Azərbaycanın Ərdəbil şəhərinin zindanında saxlanılan və qəsdən adamöldürmədə günahlandırılaraq edama məhkum edilmiş 21 yaşlı məhkum Əli Ərjəngi Fərd Qocabəyli intihara əl atıb.

Gunaz.tv Quote | Gunaz article

 İrandakı hüquq müdafiəçilərinin yaydığı xəbərə əsasən, Əli Ərjəngi iyunun 12-də Ərdəbil həbsxanasında öz boğazının bir hissəsini və damarlarını kəsib. Gənc məhkum dərhal xəstəxanaya çatdırılıb və ona 45 tikiş qoyulub. Onun vəziyyətinin hazırda son dərəcə ağır olduğu bildirilir.


Yayılan məlumata əsasən, dörd il əvvəl 17 yaşındaykən qətl törədən ərdəbilli yeniyetmə qəsdən adamöldürmədə günahlandırılaraq barəsində ölüm hökmü çıxarılıb. Vəkli isə müvəkkilinin günahsız olduğunu bildirir.


Əli Ərjəngi ötən fevral ayında mediaya açıqlamasında demişdi ki, qətlə yetirilən şəxsin valideynləri onu 1 milyard tümən qan pulu qarşıllığında bağışlamağa hazırdırlar və bu məbləği ödəmək üçün ona vaxt da veriblər, lakin onun (müttəhimin) ailəsi nə qədər çalışsa da bu məbləği təmin edə bilməyib. 


İrandakı hüquq müdafiəçilərinin yaydığı xəbərdə bildirilir ki, gənc müttəhimə qan pulu ödəmək üçün verilən möhlətin müddəti iyul ayının onuna qədər uzadılıb və əgər o həmin müddətdə bu məbləği tapıb qətlə yetirilən şəxsin ailəsinə ödəyə bilməsə, barəsində çıxarılmış ölüm hökmü yerinə yetiriləcək.

 
Bildirilir ki, gənc azərbaycanlı məhkumun özünə qəsd etməsinin səbəbi isə həmin məbləği ödəyə bilməməsi və keçirdiyi ağır əsəb gərginliyi və iztirablarla bağlıdır. 


Qeyd edək ki, İran İslam Respublikası dünyada yeganə ölkədir ki, orada hər hansı bir səbəbə görə uşaqlıqda və ya yeniyetməlik yaşlarında qətl törədənlərə də ölüm hökmü çıxarılır.

Bu kimi hallarda edama məhkum olunan uşaqlar və yeniyetmələr 18 yaşına qədər həbsdə saxlanılır və qarşı tərəfin razılığını ala bilmədikləri təqdirdə barələrində çıxarılmış ölüm hökmü yerinə yetirilir. 
  

A.M

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Şəhid Fərman Yaqublu Beyləqanda dəfn olunacaq

2021-07-23

gun az article

Kəlbəcərdə atışma davam edir

2021-07-23

gun az article

Atası Füzulidə, özü Kəlbəcərdə şəhid oldu

2021-07-23

gun az article

Putin Təhlükəsizlik Şurasının iclasında MDB ölkələri ilə münasibətləri müzakirə edəcək

2021-07-23

gun az article

Fransa Milli Assambleyasının üzvləri Ağdama səfər edib

2021-07-23

gun az article

Rövşən Rzayev Cahit Bağcı ilə görüşdü

2021-07-23

gun az article

Füzulidə 4 hərbçinin qalıqları tapıldı

2021-07-23

gun az article

Ukraynalı millət vəkili: "Azərbaycan diasporu ölkənin ictimai-siyasi həyatında iştirak edə bilər"

2021-07-23

gun az article

Kərim Vəliyev müdafiə nazirinin birinci müavini - Baş Qərargah rəisi təyin edilib

2021-07-23

gun az article

İranda qatar relsdən çıxaraq aşıb

2021-07-23

gun az article

"Dinc aksiyaçılara qarşı həyata keçirilən repressiyalar dəhşətlidir"- “Amnesty İnternational” İranı ittiham etdi

2021-07-23

gun az article

Vilayət Quliyev səfir vəzifəsindən geri çağırıldı

2021-07-23

gun az article

Daşkəsəndə yeni məktəb tikiləcək

2021-07-23

gun az article

Ağdamın Göytəpə kəndi - VİDEO

2021-07-23

gun az article

Xamneyi: “Xuzistan əhalisi diqqətli olmalıdır ki, düşmənin əlinə bəhanə verilməsin”

2021-07-23

gun az article

Erməni silahlı birləşməsinin 13 üzvünə hökm oxundu – Məhkəmə başa çatdı

2021-07-23

gun az article

Şuşaya dəmir yolu çəkilir

2021-07-23

gun az article

Etirazlar İranın digər şəhərlərinə yayıldı: Əliqudərzdə “Xamneyiyə ölüm” şüarları səsləndi -VİDEO

2021-07-23

gun az article

Azad Ağdam yenidən qurulur-O yenə AĞ şəhər olacaq...

2021-07-23

gun az article

“Türkiyənin Avropa Birliyinə qoşulmasını gözləmirəm” – Almaniya kansleri Merkel

2021-07-23