Ərdəbildə “Azərbaycan türkcəsinin izahlı lüğəti”nin I cildinin təqdimatı olub

2021-02-24 09:55

Fevralın 22-də Ərdəbil şəhərində “Azərbaycan türkcəsinin izahlı lüğəti”nin I cildinin beynəlxalq səviyyədə onlayn formatda təqdimat mərasimi keçirilib.

Gunaz.tv Quote | Gunaz article

"Amerikanın Səsi"nin verdiyi xəbərə görə, tədbirdə güneyli alimlərlə yanaşı, Azərbaycandan AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu, Türkiyədən Əli Qafqasyalı, Seyfəddin Altaylı və digərləri iştirak edib.


Akademik Möhsün Nağısoylu mərasimdə lüğətin əhəmiyyətindən danışaraq, onun imkanları, söz və ifadələri haqqında məlumat verib.


İclasda bildirilib ki, lüğət müəllifləri kənd-kənd, oba-oba gəzərək sözügedən əsəri ərsəyə gətirib.


AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu Amerikanın Səsinə müsahibəsində bildirib ki, lüğətin birinci cildi `a` hərfi ilə başlanan sözləri əhatə edir. Kitab İranda çap olunub və İran Azərbaycanında işlənilən sözləri əhatə edir. Orada sözlərin izahı fars əlifbası ilə verilib.


“Lüğət azı 10 cilddən ibarət olacaq. Böyük bir işdir. Lüğət Cənubi Azərbaycanda işlənən sözləri əhatə edir. Müəlliflər Cənubi Azərbaycanda kənd-kənd, oba-oba gəzib sözləri toplayıb.”


Akademik bildirib ki, belə bir lüğətin Azərbaycan Respublikasında da çapına ehtiyac var və yeni lüğət azərbaycanlıların yaşadığı bütün əraziləri əhatə etməlidir.


“Azərbaycan Respublikasında çap olunan lüğət kasaddır. Cəmi dörd cilddən ibarətdir, 40-45 min sözü əhatə edir. Halbuki, bizim dilimizdə 200 mindən çox söz işlənilir,” o qeyd edib.


Nağısoylunun özünün müəllifi olduğu Azərbaycanca-Farsca lüğət 65 min sözü əhatə edir.


Xatırladaq ki, Əhəd Byütənin rəhbərliyi altında böyük bir heyət tərəfindən tərtib olunnan kitabıntəqdimatı bundan öncə fevralın 20-də Təbriz şəhərində keçirilmişdir.


Təqdimatda tanınmış dilçi və alim Dr.Hüseyin Məhəmmədzadə Sədiq, Dr.Behruz Bəy Babayi, Dr. Mehdi Mirzə Rəsulzadə və Azərbaycan Respublikası, Türkiyədən bir neçə alimin iştirakı ilə alimin iştirakı ilə baş tutmuşdur.

 

C.E
 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Sərəskənd məktəbləri yararsız durumdadır: Şagirdlər təhlükəli sinif otaqlarında təhsil alır

2021-04-17

gun az article

Soyuqbulağın kürd millət vəkili Urmu gölünə su buraxılmasına qarşı çıxdı

2021-04-17

gun az article

Təbrizin millət vəkili prezident seçkilərində iştirak edəcək: "Ölkədə hərbi vəziyyət elan olunmalıdır"

2021-04-17

gun az article

Ərdəbil əhalisi sürətlə qocalır:Əyalətdə doğum faizi aşağı düşüb

2021-04-17

gun az article

Güney Azərbaycanda "yaşıl soyqırım": Nadir ağaclar məhv edilir-VİDEO

2021-04-17

gun az article

“Şəhid qəlbi-lalələr”: Aygün Muradxanlının Qarabağdan Güney nisgilli VİDEO-REPORTAJI

2021-04-17

gun az article

Şərqi Azərbaycanın 63 yaşlı qubernatoru koronavirusa yoluxdu

2021-04-17

gun az article

Ərdəbildə zəlzələ baş verdi

2021-04-17

gun az article

İran-Çin anlaşması: "Acı nəticələrini yaxın gələcəkdə görəcəyik"-Sadiq İsabəyli

2021-04-17

gun az article

Təhlükəsizlik məmurları tərəfindən oğurlanan milli fəal Qasım Mahmudiyə işgəncə verilib-FOTOLAR

2021-04-17

gun az article

Urmu gölünün "faciəsi" "Google"da: 40 illik quruma prosesi belə təsvir edilib-VİDEO

2021-04-17

gun az article

GünazTV April.16.2021: Körpü: Sulduz Qətliamının İldönümü və Batı Azərbaycan'da İran'ın Terör Siyasəti

2021-04-17

gun az article

GünazTV April.16.2021-Azadlıq səsi: İranda vətəndaşların seçkilərə qatılmaması və rejimin planları

2021-04-17

gun az article

Korrupsioner məmurları ifşa edən zənganlı jurnalist cəzalandırıldı-FOTO

2021-04-16

gun az article

İran hökumətindən irqçi layihə: Uşaqlara 4 yaşından fars dili öyrədiləcək

2021-04-16

gun az article

"Xudafərindən yayınlanan veriliş Güneydə maraqla qarşılanacaq"-Rəy-VİDEO

2021-04-16

gun az article

Qəzvinli şahmatçı Abtin Ataxan beynəlxalq dərəcəli usta adını ala blər

2021-04-16

gun az article

İran ziyalıları rejimə qarşı: “Hakimiyyət özünü qorumaq üçün İranı məhvə sürükləyir”-Sədrəddin Soltan

2021-04-16

gun az article

Soyuqbulaqda narkotik əməliyyatı: Külli miqdarda psixiatrik maddə aşkar edildi

2021-04-16

gun az article

Qərbi Azərbaycanda təhsil problemi: Məktəblilərin əksəriyyəti onlayn dərsə girə bilmir

2021-04-16