Ərdəbildə bahalaşma narazılıq yaratdı: "İnsanların çoxu yavan çörək belə ala bilmir"

2021-06-05 11:15

​​​​​​​Son günlər bir çox ərzaq malları ilə yanaşı gözlənilmədən çörəyin bahalaşması Ərdəbil əhalisi arasında narahatlıq doğurub.

Gunaz.tv Quote | Gunaz article

“TASNİM” xəbər agentliyinin Ərdəbil bürosunun verdiyi məlumata görə, əyalət məsulları çörəyin bahalaşacağı ilə bağlı xəbərləri şayiə adlandırsa da, mağazaların və sexlərin əksəriyyətində çörəyin qiyməti artıb.  

Bundan öncə bahalaşmanı şayiə adlandıran məsulların məsələyə aydınlıq gətirməməsi isə əhali və çörək istehsalçıları arasında gərginliyin yaranmasına səbəb olub.

Bahalaşma ilə bağlı “TASNİM”-ə müsahibə verən yerli gənclərdən biri bahalaşmanı sosial probemləri dərinləşdirdiyini ifadə edib.

“Vətəndaşların maddi durumu günü-gündən pisləşir. İndiki durumda əhalinin bir çoxu yavan çörək almaq iqtidarında deyillər. Belə bir vəziyyətdə çörəyin qiymətinin artması vətəndaşların nigaranlıqlarını dahada artırır”-deyə, o bildirib.

Adının çəkilməsini istəməyən gənc bildirib ki, ölkə məsulları hər gün yalan vədlər verirlər. Ancaq reallıq budur ki, vətəndaşların durumu dahada pisləşir və onların süfrələri hər gün daha çox boşalır.

Məsələ ilə bağlı Ərdəbil əyalətinin Sənaye, Mədən və Ticarət Təşkilatının başçısı Ramin Sadiqi də açıqlama verib.

“Vacib məhsulların, o cümlədən bitki yağı, şəkər və sementin qiymətinin bahalaşması ölkə bazarının tənzimlənməsi üzrə işçi qrupunun 133-cü və 139-cu iclasının qərarları əsasında baş verib, bu yalnız Ərdəbil əyaləti üçün deyil, bütün əyalətlərə şamildir”-deyə, açıqlama verib.

Sadiqi deyib ki, çörəyin qiymətinin artırılması ilə bağlı qərarın ötən günəş ilində verilib. Lakin koronavirus pandemiyası ilə əlaqədar tətbiq olunan məhdudiyyətlər səbəbindən qərarın elan olunması ertələnib və indi həyata keçirilir.
“Qərar çörəkçilər sinfinin müraciəti əsasında verilib”-deyən Sənaye, Mədən və Ticarət Təşkilatının başçısı isə məsuliyyəti rəhbərliyin üzərindən atmağa çalışıb.

Milli Buğda İstehsalçıları Fondunun başçısı Ətaullah Haşimi çörəyin qiymətinin artırılmasını 100 faiz qanun pozuntusu adlandırıb.

Haşimi çörək sexlərinə verilən unun qiymətində heç bir artım olmadığı halda çörəyin qiymətinin qaldırılmasını vətəndaşlara qarşı açıq-aşkar haqsızlıq adlandırıb və əlaqədar qurumları, məsulları məsələyə biganəlikdə günahlandırıb.

C.E

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Urmuda saxlanılan fəallar polis bölməsində döyülüb

2021-07-25

gun az article

Abbas Lisaninin telefon danışığına qadağa qoyulub

2021-07-25

gun az article

Milli fəal Siyamək Kuşi saxlanılıb

2021-07-25

gun az article

Təbrizli fəal etiraz aksiyasında həbs olunub

2021-07-25

gun az article

Brukseldə ərəb fəallar azərbaycanlı məhbuslara dəstək aksiyası keçirib

2021-07-25

gun az article

Təbrizdə milli fəal Məhəmməd Mahmudi həbs olunub

2021-07-25

gun az article

Təbriz aksiyasında milli fəal Səməd Ladvəndi həbs olunub

2021-07-24

gun az article

Təbrizli milli-mədəni fəal Ulduz Qasimi saxlanılıb

2021-07-24

gun az article

Təbrizdə elektrik kəsildi- Aksiyada milli hökumətin qurulmasına çağırış edildi-VİDEO

2021-07-24

gun az article

Xiyav şəhərinə çox sayda texnika və polis qüvvələri yeridilib-FOTO

2021-07-24

gun az article

Hökumət Təbrizdə kəşfiyyat dronlarını havaya qaldırdı-VİDEO

2021-07-24

gun az article

Ərdəbildə təhlükəsizlik tədbirləri gücləndirildi-FOTO

2021-07-24

gun az article

Təbrizdə polis etirazçıları dağıtmağa çalışır-VİDEO

2021-07-24

gun az article

Güney Azərbaycan şəhərlərində etiraz aksiyaları başladı-VİDEO

2021-07-24

gun az article

Güneydə daha iki fəal saxlanılıb, bir fəalın isə taleyindən xəbər yoxdur

2021-07-24

gun az article

Xiyavın Əhmədabad kəndində bir neçə tarixi əsər aşkar edilib

2021-07-24

gun az article

Güneydə milli fəallara təzyiqlər başlandı: Müctəba Əbduli saxlanıldı

2021-07-24

gun az article

Beynəlxalq mədəniyyət və elm təşkilatları Güney azərbaycanlı alimlə bağlı çağırış etdi

2021-07-24

gun az article

Soyuqbulaqda 760 hektar qamışlıq ərazidə yanğın baş verib

2021-07-24

gun az article

Behnam Şeyxinin şərti azadlığa buraxılması ilə bağlı müraciəti qəbul olunub

2021-07-24