Ərdəbildə daha 44 nəfərdə koronavirus infeksiyası aşkarlanıb

2020-08-02 16:37

Güney Azərbaycanın Ərdəbil əyalətində son 24 saatda 44 yeni koronavirusa yoluxma faktı aşkar edilib.

Gunaz.tv Quote | Gunaz article

Ərdəbil Tibb Universitetinin rektor müavini Məhəmməd Rza Rzayinin verdiyi məlumata əsasən, hazırda əyalətdə 393 nəfər xəstəxanalarda müalicə alır. Onlardan 67 nəfərinin vəziyyəti ağırdır və reanimasiya şöbəsinə yerləşdirilib.

O, həmçinin ötən gün ərzində daha 9 nəfərin koronavirusdan öldüyünü bildirib.

 

 

Qərbi Azərbaycan əyalətində isə 473 nəfər koronavirus şübhəsi ilə xəstəxanalarda müalicə alır.

Qərbi Azərbaycanın Səhiyyə Xidmətinin rəhbəri Cavad Ağazadənin açıqlamasına əsasən, xəstəxanada müalicə alanlardan 197 nəfərinin COVID-19 testi pozitiv çıxıb.

Ağazadə Qərbi Azərbaycanda koronavirus qurbanlarının ümumi sayının 754 nəfərə çatdığını bildirib.

“İnfeksiyaya yoluxanlardan 130 nəfər reanimasiya şöbəsində müalicə alır. Onlardan 32 nəfərinin vəziyyəti ağırdır və ventilyasiya (süni tənəffüs) aparatına bağlıdır,” deyə o qeyd edib.

 

 

Zəncan əyalətində də son 24 saatda daha 34 nəfərdə koronavirus infeksiyası aşkarlanıb. Zəncan Tibb Universitetinin rektoru Pərviz Qızılbaş əyalətdə bu günə kimi 8 min 402 nəfər koronavirus şübhəsi ilə xəstəxanalarda müalicə aldığını bildirib.

Qızılbaşın sözlərinə görə, Zəncanda son 24 saatda daha 7 nəfər koronavirusdan dünyasını deyişib. Beləcə də əyalətdə koronavirusdan ölənlərin ümumi sayı 347 nəfərə çatıb. Rəsmi xəstəliyə yoluxanlardan 2 min 324 nəfərinin tam sağaldığını bildirib.

Qızılbaş həmçinin qeyd edib ki, hazırda 442 nəfər koronavirus şübhəsi ilə əyalətin xəstəxanalarında müalicə alır.

 

 

Həmədan əyalətində isə COVID-19 infeksiyasına yoluxanların ümumi sayı 3 min 112 nəfərə çatıb.

Həmədan Tibb Universitetinin rektor müavini Mənuçehr Kərəminin verdiyi məlumata görə, Güney Azərbaycanın bu əyalətində koronavirus qurbanlarının ümumi sayı 382 nəfər olub.

 

 

Ü.F

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Güney Azərbaycanın müxtəlif şəhərlərində Qarabağa dəstək aksiyası keçirilib + VİDEO

2020-10-01

gun az article

Güney Azərbaycan əyalətlərində koronavirusla bağlı son vəziyyət

2020-10-01

gun az article

Şərqi Azərbaycanın Vəkillər Kollegiyası Ermənistanı qınayıb, Azərbaycana dəstək verib

2020-10-01

gun az article

Ərdəbildə Azərbaycana dəstək aksiyası zamanı saxlanılan daha bir fəalın kimliyi açıqlanıb

2020-10-01

gun az article

Zəncandan Quzey Azərbaycana dəstək

2020-10-01

gun az article

Təbriz divarlarına “ya Qarabağa, ya ölüm” yazılıb – GÖRÜNTÜ

2020-10-01

gun az article

Güney Azərbaycan imam cümələri Qarabağda gedən əməliyyatlarla bağlı birgə bəyanat yayıb

2020-10-01

gun az article

Güney azərbaycanlıların Azərbaycana dəstəyi davam edir

2020-10-01

gun az article

GünazTV Sep.30.2020: İran rejimi işğalçı erməni dövlətinin arxasında

2020-10-01

gun az article

GünazTV Sep.30.2020 : “Vətən müharibəsinin ücüncü günündə yaşananlar!”

2020-09-30

gun az article

Ərk Birliyi – İnsan Haqlarını Savunan və Demokratik Tələbli Birlk / Güney Azərbaycan Mədəniyyəti – İran “Ərk-İH”

2020-09-30

gun az article

Güney Azərbaycan əyalətlərində koronavirusla bağlı son vəziyyət

2020-09-30

gun az article

Təbrizdə divarlar Azərbaycana dəstək şüarları ilə bəzədilib – GÖRÜNTÜ

2020-09-30

gun az article

Güney Azərbaycan şəhərlərində Azərbaycana dəstək məqsədilə mitinqə çağırış

2020-09-30

gun az article

GünazTV Sep.29.2020-Özümüz: Qarabağ Savaşı

2020-09-30

gun az article

GünazTV Sep.29.2020 -GÜNDƏM MASASI: Farsçı media və qurumların Azərbaycana olan düşənçiliyi

2020-09-30

gun az article

Ərdəbildə Azərbaycana dəstək aksiyası keçirmək istəyən fəallar saxlanılıb

2020-09-29

gun az article

  GÜNEY AZƏRBAYCAN MILLI AZADLIQ CƏBHƏSININ AZƏRBAYCAN DÖVLƏTİ VƏ ORDUSUNA DƏSTƏK BƏYANATI

2020-09-29

gun az article

GünazTV Sep.29.2020 : “Azərbaycanın apardığı antiterror hərbi əməliyyatlarının ikinci günündə yaşananlar!”

2020-09-29

gun az article

Güney Azərbaycan əyalətlərində koronavirusla bağlı son vəziyyət

2020-09-29