SON XƏBƏRLƏR

Ərdəbildə divarlara güney azərbaycanlı siyasi məhbusların azadlığa buraxılmasını tələb edən şüarlar yazılıb

2021.10.20, 07:36
Ərdəbildə divarlara güney azərbaycanlı siyasi məhbusların azadlığa buraxılmasını tələb edən şüarlar yazılıb

Gunaz.tv

GünAz TV: Ərdəbil şəhərində divarlara güney azərbaycanlı siyasi məhbuslar, o cümlədən Abbas lisani və Əmir Səttarinin azadlığa buraxılmasını tələb edən şüarlar yazılıb.

 

Milli-mədəni fəallar iyunun 17-də, Əmir Səttarinin aclıq aksiyasının 8-ci günündə şəhərin müxtəlif məhəllələrində divarlara aşağıdakı şüarları yazıblar:

“Biz Əmir Səttarinin səsiyik”, “Əmir Səttariyə özgürlük”, “Güney Azərbaycanın siyasi məhbuslarına gözgürlük”, “Azərbaycan var olsun – Lisani azad olsun” və s.

 

Əmir Səttari iyunun 10-dan Təbrizin mərkəzi zindanında aclıq aksiyası keçirir. O aksiyasının 7-ci günündə həbsxana məsulları tərəfindən döyülərək təknəfərlik kameraya aparılıb.

 

Tanınmış güney azərbaycanlı fəal Abbas Lisani isə yanvarın 15-dən Ərdəbil zindanında qeyri-müəyyən vəziyyətdə saxlanılır. Mayın 27-dən aclıq aksiyası keçirən fəal iyunun 15-də aksiyasını şərti olaraq dayandırıb. O güney azərbaycanlı fəallar və ailə üzvlərinin müraciətindən sonra belə bir qərar verib.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar