Ərdəbildə duvar yazıları: "Yusif kari ölüm ayağında, Azərbaycanın yaşıl ciyərləri yanır"

2021-01-20 13:03

Ərdəbil şəhərinin küçələrində Yusif Kariyə dəstək məqsədi ilə və günlərdir yanan Heyran meşələrinin söndürülməsində məsuliyyətsiz davaranan hökumət məsullarına etiraz olaraq geniş şəkildə duvar yazıları yazılıb.

Gunaz.tv Quote | Gunaz article

Dünən gecə, yanvar ayının 19-da Ərdəbil şəhərinin bir qrup milli mədəni fəalı aclıq aksiyası keçirən, ayın 17-dən isə quru aclıq aksiyasına başlayan Yusif Kari və aclıq aksiyasına əl atan başqa siyasi məhbuslara, o cümlədən Abbas Lisani, Siyamək Mirzayiyə dəstək vermək və Heyran meşələrində günlərdir davam edən yanğının söndürülməsində məsuliyyətsiz davrana hökumət yetkililərinə etiraz etmək məqsədi ilə şəhər duvarlarına çoxsaylı şüarlar yazıblar.

Açıklama yok.

İran hökumət rəsmilərinin yanğının qarşısının alınması ilə bağlı verdikləri açıqlamalara baxmayaraq Heyran meşələr hələdə yanmaqdadır.

Bölgə əhalisinin verdikləri məlumatlarda Azərbaycan Respublikasına yaxın bölgələrdə yanğının davam etdiyi bildirilir.
Ərdəbil əyalətinin “Təbii Sərvətlər və Su Höcvzələrinin İdarəolunması Təşkilatı”nın rəhbəri bir neçə gün öncə Ərdəbil və Gilan əyalətlərinin yanğınsöndürən briqadaları tərəfindən yanğınların qarşısının alındığını bildirmişdi.

İran rəsmilərinin yanğının miqyasını gizlətməyi və mətbuat nümayəndələrinin bölgəyə girişini məhdudlaşdırmaları əhalinin qəzəbinə səbəb olub.

Duvarlarda yazılan şüarlar bunlardan ibarətdir:

“biz Heyranıq”

“Azərbaycanın yaşıl ciyərləri hələdə yanır”

“Yusif Kari ölüm ayağındadır”

“Azərbaycanlı siyasi məhbusların aclıq aksiyası ilə həmrəylik”

“Siyasi məhbusların hüquqlarının tapdanılmasına son qoyun”

“kül, yanğın alovları, tüstü, qaranlıq, Ərdəbil mərkəzi zindanı, karantin, işgəncə”

“təmiz meşə və siyasi məhbusların azadlığı”

Yusuf Kari yanvarın 14-də tibbi məzuniyyət tələbi ilə əlaqədar Ərdəbil həbsxanasının prokuror köməkçisi olan Sepehriyə müraciət edib. Bundan sonra o “Sepehri”nin kabinetinə çağrılaraq təhqir edilib və saxlanıldığı palatadan karantin bəndinə köçürülüb. O, prokror köməkçisinin bu əməllərinə etiraz olaraq 8 gündür aclıq aksiyası keçirir. Siyasi məhbus yanvarın 17-i, bazar günündən isə quru aclıq aksiyasına başlayıb.
 
Yanvar ayının 18-dən Yusif Kariyə dəstək məqsədi ilə aclıq aksiyasına başlayan tanınmış siyasi fəal Abbas Lisani telefon əlaqəsi zamanı həbsxana məsullarına xəbərdarlıq edib ki, Yusif Karini öz palatasına qaytarmayacaqları təqdirdə bu gündən (20 yanvar) quru aclıq aksiyasına başlayacaq.
 
“Evin” zindanında saxlanılan başqa siyasi məhbus Siyamək Mirzayi də, yanvarın 19-da yaxınları ilə telefon əlaqəsi zamanı Yusif kariyə dəstək olmaq üçün bu gün, yanvar ayının 20-dən etibarən aclıq aksiyasına başlayacağını elan edib.

Eyni halda Ərdəbil zindanının 2-ci bəndində saxlanılan Əli və Rza Vasiqi qardaşları da ailələri ilə telefon əlaqəsi zamanı bildiriblər ki, bu gün, yanvar ayının 20-dən etibarən Yusif Kariyə dəstək olmaq üçün aclıq aksiyasına başlayıblar.

Y.Karinin yaxınları məlumat veriblər ki, yanvarın 18-dən 19-a keçən gecə siyasi məhbusun təzyiqinin kəskin düşməsi və ürək döyüntülərinin çoxalması səbəbilə zindanın sağlıq ocağına yerləşdirilib. Zindanın sağlıq ocağına yerləşdirildikdən 36 saat keçməsinə baxmayaraq sağlıq durumunun dahada pisləşdiyi ehtimal edilir.

C.E


Açıklama yok.Açıklama yok.

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Təbrizdə divar yazıları ilə milli fəala dəstək veriblər

2021-03-03

gun az article

Təbrizdə güllələnən qadın həyatını itirib

2021-03-03

gun az article

İşgəncə nəticəsində xəstəxanaya yerləşdirilən mədəni fəalın durumu haqqında qardaşı açıqlama verib

2021-03-03

gun az article

GünazTV March.02.2021-Özümüz: Şu'ubiyyə

2021-03-03

gun az article

GünazTV March.02.2021 -GÜNDƏM MASASI: İranda toplumsal ümidsizliyin səbəbləri

2021-03-03

gun az article

Saman Bidar həbs edilib

2021-03-02

gun az article

Aydın Zakiri və Siyamək Seyfi Xiyav İnqilab Məhkəməsinə çağrılıblar

2021-03-02

gun az article

Qərbi azərbaycanda koronovirusa yoluxanların sayı 114 min nəfərə yaxınlaşıb

2021-03-02

gun az article

Qərbi Azərbaycan əyalətində 6 ayda 2 ton 402 kiloqram narkotik maddə aşkar edilib

2021-03-02

gun az article

Qəzvinin tarixi “Mominan” evi acınacaqlı durumdadır

2021-03-02

gun az article

Həmdan əyalətində “Britaniya” virusu xəbərdarlığı

2021-03-02

gun az article

Həmədanda 41 maneken və fotoqraf saxlanılıb

2021-03-02

gun az article

Ərdəbil həbsxanasında cinayətlərin ayrılması prinsipi tətbiq olunmur

2021-03-02

gun az article

Əhvazda dörd ərəb məhbus edam edilib

2021-03-02

gun az article

Ərdəbil ETTELAAT-ı milli-mədəni fəal hədələyib

2021-03-02

gun az article

GünazTV March.01.2021: PARLAQ GƏLƏCƏK: Korona virusu və rejimin sağlamlıq siyasəti, Güney Azərbaycana qarşı ayrı-seçkilik

2021-03-02

gun az article

GünazTV March.01.2021: Paylaşım programı, 40-cı Bölüm.

2021-03-01

gun az article

Təbriz Bələdiyyəsinin işçiləri yenidən etiraz aksiyası keçirirlər

2021-03-01

gun az article

İran Azərbaycan ordusunun məlumatlarını Ermənistana ötürüb

2021-03-01

gun az article

Şəbistər-Şərəfxana yolunda qəzada 4 nəfər həyatını itirib

2021-03-01