SON XƏBƏRLƏR

Ərdəbildə ətraf mühit tərəfdarları iməcilik keçirmək üçün valilikdən icazə almalıdır! - VİDEO

2021.10.20, 07:36
Ərdəbildə ətraf mühit tərəfdarları iməcilik keçirmək üçün valilikdən icazə almalıdır! - VİDEO

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanda mədəni fəallar və ətraf mühit tərəfdarlarına təzyiqlər artıb.

 

Son məlumata görə, Ərdəbildə ətraf mühit tərəfdarları iməcilik keçirmək üçün valilikdən rəsmi icazə almağa məcbur edilir.

 

Bu zəmində fəal olan soydaşlarımızdan biri qeyd edib ki, Ərdəbil Valiliyi kimsəyə iməcilik keçirib hansısa ərazini zibil və məişət tullantılarından təmizləməyə icazə vermir.

 

Onun sözlərinə görə, iməcilik keçirmək istəyənlər bunun üçün mütləq valilikdən rəsmi icazə almalıdır.

 

Həmin şəxs tətil günlərində digər ətraf mühit tərəfdarları ilə bir araya gələrək turizm məntəqələrində iməcilik təşkil edib və ərazini məişət tullantılarından təmizləyirmiş.

 

Son aylarda İranda çox sayda ətraf mühit tərəfdarları təhlükəsizlik qüvvələri tərəfindən saxlanılaraq məhkəmə qarşısına çıxarılıb.

 

Güney Azərbaycanda yaşanan ekoloji problemlər və ətraf mühitin çirklənməsi, soydaşlarımızın ətraf mühitə qayğısını artırıb. Ona görə də müxtəlif bölgələr, xüsusi ilə də Urmu gölü ətrafında vaxtaşırı iməciliklər keçirilir.

 

https://www.youtube.com/watch?time_continue=42&v=fG0Ukz9Fcrs

 

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar