SON XƏBƏRLƏR

Ərdəbildə güney azərbaycanlı fəal Meysəm Colaninin ailəsinin 4 üzvü saxlanılıb

2021.10.20, 07:36
Ərdəbildə güney azərbaycanlı fəal Meysəm Colaninin ailəsinin 4 üzvü saxlanılıb

Gunaz.tv

GünAz TV: Dekabrın 1-də güney azərbaycanlı fəal Meysəm Colaninin ata, ana, bacı və qardaşı hakim Səliminin qərarı ilə saxlanılıb.

 

Məlumata görə, Colani ailəsi ötən günlərdə saxlanılan Meysəm Colaninin vəziyyəti ilə maraqlanmaq üçün Ərdəbil Məhkəməsinə (Dadsəra) müraciət etdikləri zaman saxlanılıb.

 

Fəalın ailə üzvləri hakimə “Meysəm haqqında zaminə buraxılma qərarı çıxarılıb, təhlükəsizlik orqanları nə üçün onun azadlığa buraxılmasına mane olmalıdır?!” sualı ünvanlayıb. Bu sualdan qəzəblənən hakim Səlimi onlara hədələyici tonla cavab verib və barələrində müvəqqəti saxlanma qərarı çıxarıb.

 

Meysəm Colani noyabrın 30-da Ərdəbilin Mərkəzi Zindanına intiqal edilib.

 

Azərbaycanlı fəal noyabrın 17-də təhlükəsizlik qüvvələri tərəfindən döyülərək saxlanılıb və naməlum istiqamətə aparılmışdır.

 

İranda kütləvi etirazlar keçirildiyi günlərdə Güney Azərbaycanda onlarla fəal saxlanılıb. Şübhəsiz ki, təhlükəsizlik qüvvələri aksiyaların Güney Azərbaycan şəhərlərini bürüməsindən ehtiyatlanaraq önləyici tədbirlərə əl atmaq istəyib.

 

Meysəm Colani tanınmış güney azərbaycanlı milli-mədəni fəallardan biridir. O bundan əvvəl də Azərbaycan türk millətinin demokratik və milli hüquqları uğrunda apardığı mədəni mübarizəyə görə dəfələrlə saxlanılıb, həbs olunub və müxtəlif təzyiqlərə məruz qalıb.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar