Ərdəbildə içməli su qıtlığı: Əhaliyə keyfiyyətsiz su verilir

2021-08-02 13:56

Ərdəbil əyalətində su qıtlığı və quraqlıq kənd təsərrüfatı sahəsinə ciddi ziyan vurub. Kəndlərdə və şəhərlərdə əhalinin içməli su təminatında da ciddi problemlər yaranıb.

Gunaz.tv Quote | Gunaz article

İçməli su çatışmazlığı və şəhərlərdə verilən suyun keyfiyyətsizliyi məsulları da bunu etiraf etməyə məcbur edib.

Ərdəbil əyalətinin məsullarının bildirdiyinə görə, əyalət səviyyəsində ən azı 400 kənddə içməli su çatışmazlığı mövcuddur. Bununla yanaşı şəhərlərdə də içməli suyun keyfiyyətsizliyi və fasilələrlə verilməsi ərdəbilliləri narazı salıb.

Ərdəbil əyalətinin Su və Kanalizasiya Şirkətinin başçısı Əlirza Nemət Sultani də “İRNA” xəbər agentliyinə verdiyi müsahibədə bu problemdən bəhs edib.

O, başçılıq etdiyi şirkətin 30 şəhər və 991 kənddə bu sahəyə nəzarət etdiyini, onlardan 400 kəndin içməli su problemi ilə üz-üzə qaldıqlarını deyib.

بحران بی‌آبی در اردبیل| روستاییان تشنه آب هستند

“Kəndlərlə yanaşı şəhərlərdə də düzgün idarəetmə olmasa su qıtlığı ciddi məsələyə çevriləcək”-deyə, o, xəbərdarlıq edib.

Nemət Sultani hazırda əyalətdə təxminən 300 min nəfərin su qıtlığından əziyyət çəkdiyini bildirib. Qeyd edib ki, onların içməli su təminatı Su və Kanalizasiya Şirkətinə məxsus 12, köçərilərin istifadəsi üçün nəzərdə tutulmuş 2 və icarəyə götürülmüş 4 səyyar su tankeri vasitəsilə həyata keçirilir.

"Əhalinin su problemi ilə bağlı narazılıqlarını başa düşürük, ancaq bunun həlli üçün 540 milyard tümən vəsaitin parlament tərəfindən təsdiq olunmasını və ayrılmasına ehtiyac var”-Nemət Sultani belə deyib.

O, problemi həll etmək üçün vəsaitin olmadığını vurğulayıb.

Qeyd edək ki, problem təkcə içməli suyun qıtlığı ilə bağlı deyil. Son günlər sosial mediada yayılan xəbərlərdən əhaliyə verilən suyun keyfiyyətsiz olduğu aydın olur.

Videolardan filtrdən keçirilmədiyi üçün əhaliyə verilən suyun keyfiyyətsiz və bulanıq olduğu görünür.

Əlaqədar məsullar isə buna laqeyd münasibət sərgiləyib.

"İçməli suyun sağlamlığı və təmizliyi ilə bağlı heç bir problemlər yoxdur”-deyə, yetkililər bildirib.

C.E

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Şərqi Azərbaycanın Heris mahalında məktəb binaları çatışmır

2021-09-18

gun az article

Azərbaycan idmançılarından böyük uğur: Komanda İran çempionatında birinci oldu

2021-09-18

gun az article

Güneyli sənətçi koronavirusdan vəfat etdi

2021-09-18

gun az article

Qəzvin bağlarında yanğın baş verib

2021-09-18

gun az article

İranın Ermənistana dəstəyinə etiraz edən 12 güneyli fəal məhkəməyə çağrılıb

2021-09-17

gun az article

İranda bu günə qədər "korona"dan 116 min 436 ölüb -RƏSMİ RƏQƏMLƏR

2021-09-17

gun az article

Ərdəbildə istehsalatda ölüm halları artıb: Son aylarda yüzlərlə işçi yaralanıb

2021-09-17

gun az article

Qarabağa gedən yük maşınlarına icazə kağızı verən ETTELAAT məmurudur

2021-09-17

gun az article

Qaşqay türklərinin tanınmış şairi vəfat edib

2021-09-17

gun az article

Zənganda içməli su qıtlığı: Kəndlər susuz qalıb

2021-09-17

gun az article

İranın şimal-qərbində terrorçu qrup zərərsizləşdirilib- Dövlət Sərhəd Xidməti

2021-09-17

gun az article

Həmədanın məşhur Ağ gölü quruyub

2021-09-17

gun az article

Zənganda tarixi əşya qaçaqmalçıları saxlanılıb

2021-09-17

gun az article

Zənganda 1000-dən çox layihənin icrası yarımçıq qalıb

2021-09-17

gun az article

Məlikanda çörək bahalaşdı

2021-09-17

gun az article

Şərqi Azərbaycanda savadlılıq səviyyəsi aşağı düşüb

2021-09-17

gun az article

Vərziğanda etiraz aksiyası: Kəndlilər yolu bağladı

2021-09-16

gun az article

Həmədanda tarixi abidə dağılmaq üzrədir

2021-09-16

gun az article

Qəzvin şəhərinin meri vəzifəsinə SEPAH komandiri gətirildi

2021-09-16

gun az article

Qərbi Azərbaycan əyalətində təhsil işçiləri çatışmır

2021-09-16