SON XƏBƏRLƏR

Ərdəbildə müəllimlər etiraz aksiyası keçirib – GÖRÜNTÜ

2021.10.20, 07:36
Ərdəbildə müəllimlər etiraz aksiyası keçirib – GÖRÜNTÜ

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanın Ərdəbil şəhərində Təhsil Şöbəsinin binası qarşısında etiraz aksiyası keçirilib.

 

Yanvarın 24-də keçirilən aksiyaya çox sayda müəllim, o cümlədən təqaüddə olan müəllimlər qatılıb.

 

Ərdəbilli müəllimlər bir neçə dəfədir ki, etiraz aksiyaları keçirərək məişət problemləri ilə bağlı tələblərinin təmin olunmasını istəyirlər.

 

Etirazçılar “Müəllimlərin zəifləməsi, təhsilin zəifləməsidir”, “Müəllim oyaqdır, ayrı-seçkiliyə nifrət edir”, “Təqaüdə çıxanlar hörmət və gün-güzəran istəyir” və s. kimi şüarlar yazılmış kağızlar nümayiş etdiriblər.

 

Ötən aylarda Güney Azərbaycan və İranın müxtəlif şəhərlərində müəllimlər oxşar aksiyalar keçirərək hökumət tərəfindən təmin olunmayan hüquqlarını tələb ediblər.

 

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar