SON XƏBƏRLƏR

Ərdəbildə Novruz bayramı şənlikləri keçirilir – GÖRÜNTÜ

2021.10.20, 07:36
Ərdəbildə Novruz bayramı şənlikləri keçirilir – GÖRÜNTÜ

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanda Ərdəbil Şəhərinin Fatemiyun meydanında Novruz bayramı şənlikləri geniş miqyasda keçirilir.

 

Ərdəbil Bələdiyyəsi tərəfindən keçirilən bayram şənlikləri hər gün yerli vaxtla saat 17:00-da başlayır, mərasim aprelin 1-dək davam edəcək.

 

Şənliklərdə təkəmgəzdirmə, Azərbaycanın klassik musiqisi və qədim oyunlar nümayiş etdirilir. Mərasimə qatılan bəzi soydaşlarımızın üzərində Azərbaycanın qədim geyimləri görünür.

 

Məlumata görə, mərasimin sonunda Novruz qonaqları və turistlərə klassik sac çörəyi və yerli ayranaşı paylanılır.

 

Novruz bayramı Azərbaycanın adət-ənənələrini, milli ruhunu özündə əks etdirən ən gözəl el şənliyi sayılır. Bu bayram dünya azərbaycanlıları tərəfindən böyük sevinclə qarşılanır.

 

Qeyd edək ki, “Təkə” türk dilində erkək keçi, “təkəm” isə mənim keçim deməkdir. “Təkə” qoyun sürüsünün başında gedən keçidir. “Təkəmgəzdirmə” mərasimində təkəmçi ağacdan təkə hazırlayaraq onu əlində tutur və şəhəri gəzir. Təkəmçi əlindəki təkəni tərpədib, şeir oxuyub və bahar müjdəsini verir.

 

Ərdəbildə keçirilən bayram şənliklərinin şəkilləri “Fars” xəbər agentliyindən götürülüb:

 

 

 

 

 

 

 

 

 

N.S

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar