SON XƏBƏRLƏR

Ərdəbildə qrip səbəbindən 3 nəfər ölüb, 200 nəfər xəstəxanaya yerləşdirilib: Bütün məktəblərdə tətil elan olunub

2021.10.20, 07:36
Ərdəbildə qrip səbəbindən 3 nəfər ölüb, 200 nəfər xəstəxanaya yerləşdirilib: Bütün məktəblərdə tətil elan olunub

Gunaz.tv

GünAz TV: Ərdəbil əyalətində yayılmış qrip virusu 3 nəfərin ölümünə, 200 nəfərin xəstəxanalara yerləşdirilməsinə və məktəblərin bağlanmasına səbəb olub.

 

Faktı yerli media orqanlarına müsahibə verən Ərdəbil Tibb Universitetinin müdir müavini Məhəmmədrza Rzayibəna da faktı təsdiqləyib. O qeyd edib ki, hazırda xəstəxanalarda yatan xəstələrdə qoyuqdəymədən daha kəskin əlamətlər müşahidə olunur. Həkim qripə yoluxmuş şəxslərə istirahət etməyi və çoxlu maye qəbul etməyi, lakin xəstəliyin kəşkinləşdiyi təqdirdə xəstəxanaya müraciət etmək və antiviral (virus əleyhinə-red.) dərman və müalicə qəbul etməyi məsləhət görüb. Məhəmmədrza Rzayibənanın sözlərinə görə, qrip epidemik xarakter alsa, ölkə əhalisinin 20-dən çoxunu yoluxdura bilər.

 

O, vətəndaşlara müraciət edərək, onları qripə yoluxmanın qarşısını almaq üçün fərdi gigiyena qaydalarına əməl etməyə, qapalı məkanlar və insanların çox olduğu yerlərdə mümkün qədər az olmağa və qrip peyvəndi etdirməyə çağırıb.

 

Digər tərəfdən, Ərdəbil Təhsil İdarəsi bəzi şagirdlərin arasında qrip virusunun yayıldığını nəzərə alaraq, xəstəliyin daha geniş xarakter almaması üçün bu gün və sabah əyalətin bir çox məktəbində tətil elan edib.

 

Xatırladaq ki, Qərbi Azərbaycan əyalətinin Bukan və Şahindej bölgələrində yerləşən orta ümumi təhsil müəssisələrində də oxşar səbəbə görə bu gün tətil elan edilib.

 

Ötən günlər ərzində Şərqi və Qərbi Azərbaycan əyalətlərində 13 nəfər qripdən dünyasını dəyişib.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar