Ərdəbildə təhsil problemi: Məktəb binalarının əksəriyyəti xeyriyyəçilərin hesabına tikilib

2021-06-10 13:10

Güney Azərbaycanın Ərdəbil bölgəsində məktəb binaları iə bağlı problem davam edir.

Gunaz.tv Quote | Gunaz article

Bu barədə Ərdəbil Məktəblərin Tikintisi Xeyriyyəçiləri Dərnəyinin başçısı Cavad Quran Nevis açıqlama verib. Onun sözlərinə görə, may ayına kimi əyalətdə 1586 sinif otağı yerli xeyriyyəçilərin vəsaiti hesabına tikilib.

“İSNA” informasiya agentliyinə verdiyi müsahibədə Məktəblərin Tikintisi Xeyriyyəçiləri Dərnəyinin 2001-ci ildə təsis edildiyini bildirən Cavad Quran Nevis qeyd edib ki, o gündən bu ilin may ayına kimi yerli xeyriyyəçilər 397 layihə əsasında 1586 dərs otağını tikdirib.

O, hal-hazırda 73 layihə çərçivəsində 273 yeni dərs otağının tikintisinin xeyriyyəçilər tərəfindən aparıldığını qeyd edib.

Quran Nevis əlavə edib ki, bu günə kimi Ərdəbil əyalətində kişi xeyriyyəçilərin 22, qadın xeyriyyəçilərin isə 3 festivalı keçirilib.

Xeyriyyə dərnəyinin başçısı 131 həqiqi şəxsdən ibarət dərnək üzvlərinin 99-nun kişi, 32-nin qadın olduğunu bildirib. Bundan başqa 30 hüquqi şəxsin də xeyriyyə işlərinə dəstək verdiyini açıqlayıb.

Dərnəyin əyalətin 11 şəhərində nümayəndəliyinin fəaliyyət göstərdiyini deyən Cavad Quran Nevis qeyd edib ki, koronavirusla əlaqədar karantin günlərində məktəblilərin maddi texniki problemlərinin həlli istiqamətində də addımlar atılıb.

O, qarşıdan gələn təhsil ili üçün ilkin olaraq daha 76 dərs otağının tikintisinin planlaşdırıldığını vurğulayıb.

Xatırladaq ki, son illərdə Azərbaycan əyalətlərində təhsil ocaqlarının maddi-texniki problemləri bölgədə xeyriyyəçilik ənənəsini yaşadan azərbaycanlılar tərəfindən həll edilir.

C.E
 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Şərqi Azərbaycanda "ağ ölüm" tüğyan edir: Ötən il narkotikdən ölənlərin sayı açıqlanıb

2021-06-24

gun az article

Tehranda Bağır xanın adı metro stansiyası üzərindən götürüldü

2021-06-24

gun az article

Urmu gölündə suyun səviyyəsi 57 santimetr azalıb

2021-06-24

gun az article

Ərdəbilin Yamçı su anbarının 70 faizi boşdur

2021-06-24

gun az article

Təbrizdə bir neçə yerdə yanğın baş verib-VİDEO

2021-06-24

gun az article

Marağada bəxbəxt hadisə: Hündürlükdən yıxılan işçi xəstəxanada öldü

2021-06-24

gun az article

Sulduzda avtobus qəzasında yaralanan jurnalist: “Açıq desinlər ki, sizi öldürmək planımız var idi"- VİDEO

2021-06-24

gun az article

Həsən Dəmirçinin anım günüdür: Böyük maarifçi ziyalının ölümündən 3 il ötür

2021-06-24

gun az article

Sulduzda dəhşətli qəza: Jurnalistləri daşıyan avtobus dərəyə aşıb, ölən və yaralanan var-FOTO

2021-06-24

gun az article

Əsəri Avropada qızıl medal alan, çayda boğulan təbrizli yazıçı- Anım günüdür-VİDEO

2021-06-24

gun az article

GünazTV June.23.2021-Görüş: İranda prezident seçkilərinin nəticəsi, Batı Azərbaycanda birliyimizin hərakatımıza təsiri

2021-06-24

gun az article

"Amnesty International"dan xəbərdarlıq: İranda 20 yaşlı gənc yaxın günlərdə edam ediləcək

2021-06-23

gun az article

Həmədanda COVİD-19-a yoluxma sayı yenidən artıb

2021-06-23

gun az article

Zəngan bəndlərində suyun həcmi kəskin azaldı

2021-06-23

gun az article

Səreyinin tarixi Kanzaq kompleksi baxımsız qalıb: Abidənin bərpasına pul ayrılmır

2021-06-23

gun az article

Xomeyninin nəticəsi türkləri işğalçı və talançı adlandırdı

2021-06-23

gun az article

İranın Atom Enerjisi Təşkilatının binasına hücum olub

2021-06-23

gun az article

Zənganın Əbhər şəhərində azərbaycanlı gənc həbs edilib

2021-06-23

gun az article

Kürdlər Urmuda siyasi aksiya keçirməyə çağırış edib

2021-06-23

gun az article

İranın “Bərəkət” dərman kompleksinə dron hücumu olub-FOTO

2021-06-23