SON XƏBƏRLƏR

Ərdəbildə üzərində ustad Şəhriyarın şeiri olan türkcə təqvim paylanılıb

2021.10.20, 07:36
Ərdəbildə üzərində ustad Şəhriyarın şeiri olan türkcə təqvim paylanılıb

Gunaz.tv

GünAz TV: Martın 19-da Güney Azərbaycanın Ərdəbil şəhərində yüzlərlə türk dilində təqvim paylanılıb.

 

Yeni ilin (hicri-şəmsi təqvimi ilə 1397-ci il) təqvimi üzərində görkəmli şair Məhəmməd Hüseyn Şəhriyarın şəkili və şeiri dərc olunub. “Türkün dili tək sevgili istəkli dil olmaz – Özgə dilə qatsan bu əsil dil əsil olmaz” şeiri türk dilinin əhəmiyyətini vəsf edir.

 

Təqvimdə ay və günlərin adı türk dilində yazılıb. Həftənin günləri sıralama ilə Yel günü, Süt günü, Duz günü, Ara günü, Od günü, Su günü və Aynı günü kimi qeyd olunub.

 

Ərdəbildə fevralın 11-də də Beynəlxalq Ana Dili Günü (21 Fevral) ərəfəsində çox sayda türk dilində təqvim paylanmışdır. Fəallar bununla Beynəlxalq Ana Dili Gününün əhəmiyyətinə təkid edərək 30 milyondan çox Azərbaycan türkünün ana dilində təhsil hüququnu tələb edib və ölkədə ayrı-seçkilik siyasətinə son qoyulmasını istəmişdilər.

 

 

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar