‍Ərdəbilin Ciral parkında tutulan bütün milli fəallar müvəqqəti azadlığa buraxılıb

2020-10-30 07:09

Ərdəbilin Ciral parkında Azərbaycan Ordusuna dəstək məqsədilə keçirilən mitinqdə tutulan milli- mədəni fəallardan daha 8- i təxminən 30 gündən artıq bir müddət sonra ümumilikdə 4 milyard tümən mülki vəsiqə qarşılığında ibtidai istintaq dövrünün bitməsinə qədər Ərdəbilin "Şaməsbi" həbsxanasından müvəqqəti azadlığa buraxılıb.

Gunaz.tv Quote | Gunaz article

Ərdəbilin Ciral parkında Azərbaycan Ordusuna dəstək məqsədilə keçirilən mitinqdə tutulan milli- mədəni fəallardan daha 8- i təxminən 30 gündən artıq bir müddət sonra ümumilikdə 4 milyard tümən mülki vəsiqə qarşılığında ibtidai istintaq dövrünün bitməsinə qədər Ərdəbilin "Şaməsbi" həbsxanasından müvəqqəti azadlığa buraxılıb. 


Həmin fəallar Əsgər Əkbərzadə, Əli Xeyrcu, Meysəm Colani, Murtuza, Müctəba və Mustafa Pərvin, Mehdi Huşmənd və Bəhmən Xeyrcudur. Onlara qarşı ibtidai istintaq dövründə "dini lideri təhqir etmə", "ictimai asayişi pozma" və "hakimiyyət nümayəndəsinin qanuni tələbinə tabe olmama" kimi ittihamlar irəli sürülüb. 


Bir neçə gün əvvəl Təbrizin Şəhid Behişti məhkəməsinin 10-cu şöbəsinin hakimi Babək Nonəhal fəallar barədə məlumat almağa gələn ailələri və yaxınlarını nalayiq ifadələrlə təhqir edib, daha sonra təhdid etmişdi. Həmin vaxt milli- mədəni fəal Əli Xeyrcunun xanımı Əfsanə Əkbərzadə heç bir səbəb olmadan hakim Babək Nonəhalın göstərişi ilə tutulmuşdu. 


Xatırladaq ki, bir müddət əvvəl Ciral parkında keçirilmiş yuxarıda qeyd edilmiş aksiyada həbs edilmiş digər milli- mədəni fəallar Hamed Heydəri Baris, Pərviz Siyabi Gürcan, Hüseyn Balaxani, Səccad Colani və Məhəmməd Colani hər biri 500 milyonluq ağır mülki vəsiqə qarşılığında müvəqqəti olaraq sərbəst buraxılmışdı. 

Ə.A

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Səid Sultani və Babək Kiyumərsi Təbriz Mərkəzi Həbsxanasından müvəqqəti azadlığıa buraxıldı

2020-12-03

gun az article

Təbrizin Maşınqayırma zavodunun yeni rəisi işçiləri işdən qovmaqla hədələyir

2020-12-03

gun az article

Ötən həftə ərzində Ərdəbildə 78 nəfər koronodan ölüb

2020-12-03

gun az article

Şərqi Azərbaycan valisi: Təbriz avtobus parkının% 70-dən çoxu köhnəlmişdir

2020-12-03

gun az article

Traxturun baş məşqçisi: 35 milyon türk azarkeşə cavab verməliydim

2020-12-03

gun az article

İran silahlı qüvvələri Qərbi Azərbaycanda terroristlər tutduğunu iddia edir

2020-12-03

gun az article

Ərdəbil şəhərinin duvarlarında həbsxanada saxlanılan siyasi məhbuslara dəstək qrafitləri

2020-12-03

gun az article

Ərdəbil həbsxanasında koronovirus tüğyan edir

2020-12-03

gun az article

GünazTV Dec.02.2020: Güney Azərbaycanda mədəni zindanilərimiz,GünazTV Dec.02.2020: Qarabağ Azadlığınan sonra İranın siyasəti

2020-12-03

gun az article

Səid Sultani Təbriz Mərkəzi Həbsxanasına köçürülüb

2020-12-02

gun az article

GünazTV Dec.02.2020: Paylaşım programı 4-cü Bölüm

2020-12-02

gun az article

GünazTV Dec.02.2020 : “Vətən Müharibəsi bitdi! Azərbaycan ərazi bütövlüyünü bərpa etdi”

2020-12-02

gun az article

Azərbaycanlı istedadlı yeniyetmə: "Mən Türkəm və Qalatasarayda oynamağı arzulayıram"- VİDEO

2020-12-02

gun az article

Babak Kiyumərsi Təbriz Mərkəzi Həbsxanasına köçürülüb

2020-12-02

gun az article

Güney azərbaycanlı alim Əhməd Rza Cəlalinin edamı təxirə salınıb

2020-12-02

gun az article

İranda türk dilində milli televiziya kanalının yaradılmasına dəstək kompaniyası

2020-12-02

gun az article

Məhəmməd Rəhmanifər: "Azərbaycanlı siyasi məhbusların həyat və sağlamlığı təhlükədədir"

2020-12-02

gun az article

Qərbi Azərbaycan əyalətinin 1251 məktəbinin istilik sistemi yararsız vəziyyətdədir

2020-12-02

gun az article

Vasiqi qardaşları ailələrinə Ərdəbil həbsxanasının 2-ci bölməsində koronovirusun yayıldığını deyiblər

2020-12-02

gun az article

Təbriz Universitetinin 19 professoru dünyanın ən yaxşı alimləri arasında

2020-12-02