SON XƏBƏRLƏR

Ərdəbilin millət vəkilindən “Heyran gədiyi” ilə bağlı xaincə açıqlama

2021.10.20, 07:36
Ərdəbilin millət vəkilindən “Heyran gədiyi” ilə bağlı xaincə açıqlama

Gunaz.tv

GünA z TV: Ərdəbilin İran parlamentindəki millət vəkili Məhəmməd Feyzi “Heyran gədiyi” ərazisini Ərdəbil Əyalətindən qoparıb Gilan Əyalətinə ilhaq edilməsi ilə bağlı cəhdlərə toxunub, o bu barədə xaincə mövqe sərgiləyib.

 

Millət vəkili mövzu ilə bağlı Ərdəbilin Tibb Universitetində danışıb.

 

“Bu məsələdə təkcə məntiqli olmaq yetməz, biz həm də gərçəkləri qəbul etməliyik. Tunelin o biri tərəfi (“Heyran gədiyi” nəzərdə tutulur) Gilan Əyalətinə aiddir. Lakin biz həmişə olduğu kimi bu ərazidə yol işlərinə nəzarət edirik və bununla bağlı məsuliyyət daşıyırıq”- deyə o bildirib.

 

Rəşt mətbuatı tərəfindən rəğbətlə qarşılanan sözlər azərbaycanlı internet istifadəçilərinin kəskin etirazına səbəb olub.

 

M.Feyzi bundan əvvəl “Heyran gədiyi” ilə bağlı baş verən hadisələr və ərazinin adının təhrif edildiyi zaman səssiz qalmağa üstünlük vermişdir. Millət vəkilinin bu kimi məsələlərdə sərgilədiyi mövqe göstərir ki, o yalnız rejimin tapşırıqlarını yerinə yetirir və onun üçün Azərbaycanın mənafeyi maraqlı deyil.

 

Bundan əvvəl Ərdəbilin keçmiş millət vəkili Pirmüəzzin “Heyran gədiyi”nin Azərbaycandan qoparılması ilə bağlı cəhdlərin Ərdəbilin millət vəkillərindən qaynaqlandığını bildirmişdir.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar