Ərdəbilin Yamçı bəndində suyun həcmi azalıb

2021-06-10 11:55

​​​​​​​Ərdəbilin Yamçı bəndində suyun həcmi yenə azalıb. Bu barədə Ərdəbil əyalətinin Regional Su Şirkətinin icraçı direktoru Abbas Cəngi Mərni məlumat verib. O, əyalətin əsas su bəndi olan Yamçıda su ehtiyatının 19% azaldığını deyib.

Gunaz.tv Quote | Gunaz article

Abbas Cəngi Mərni hal-hazırda su bəndində 27 milyon kubmetr suyun olduğunu deyib. Qeyd edib ki, bu miqdar su bəndin sadəcə 33%-ni doldurur.

Ötən il eyni dövründə Yamçı bəndində toplanan su miqdarının 43 milyon kubmetrə bərabər olduğuna diqqət çəkən Abbas Cəngi Mərni deyib ki, ötən ilin eyni dövrü ilə müqayisədə bəndin su ehtiyatı 16 milyon kubmetr azalıb.

Cəngi deyib ki, başçılıq etdiyi şirkətin əsas məqsədi əhalinin içməli suya olan tələbatını ödəməkdir. 

Əyalət əndlərində toplanan su miqdarının ötən illə müqayisədə 40 faiz azlığını qeyd edən Abbas Cəngi Mərni bildirib ki,  bu sahədə çətinliklər qaçılmazdır.

Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Zəncan və ölkənin şimal-qərbində yerləşən digər əyalətlərə nisbətən Ərdəbil bölgəsi yağış yağıntılara görə dördüncü yerdədir.

Təxminən 725 kvadrat kilometr ərazisi olan Yamçı su hövzəsinin beş qolu var. Lay çay, Nir çay, İmam çay, Müştəqin çay və Corab çaylarə Yamçı su hövzəsində birləşərək Balıqlı çayı təşkil verirlər. 
Savalan dağı yüksəkliyindən qaynaqlanan çaylar əyalətin qərbindən şərqinə doğru axıb və Ərdəbil şəhərindən keçərək Qarasu çayına tökülür.

Yamçı su bəndi əyalət üçün həyati əhəmiyyət daşıyır və Ərdəbil şəhərinin əsas içməli su qaynağıdır.

Qeyd edək ki, Güney Azərbaycanın əksər əyalətlərində ciddi su böhranı başlayıb. İki gün öncə Ərdəbilin Su və Kanalizasiya Şirkətinin baş direktoru Əlirza Nemət Sultani əyalətin 122 kəndinə səyyar şəkildə su paylanıldığını bildirib. 

Əlirza Nemət Sultani bu gün “MEHR” informasiya agentliyinə verdiyi müsahibədə şirkətin nəzarətində olan 650 kəndin əhalisinin  bulaq və quyu sularından istifadə etdiyini, 122 kəndin əhalisinə 11 su tankeri ilə içməli su daşındığını bildirib. 

Əlirza Nemət Sultani yay aylarında su daşıyan tankerlərin əhalinin təminatının ödənilməsi üçün kifayət etməyəcəyini deyib. 
Onun sözlərinə görə, bunun üçün özəl şirkətlərin xidmətlərindən istifadə etməyi planlaşdırırlar.

C.E
 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Şərqi Azərbaycanda "ağ ölüm" tüğyan edir: Ötən il narkotikdən ölənlərin sayı açıqlanıb

2021-06-24

gun az article

Tehranda Bağır xanın adı metro stansiyası üzərindən götürüldü

2021-06-24

gun az article

Urmu gölündə suyun səviyyəsi 57 santimetr azalıb

2021-06-24

gun az article

Ərdəbilin Yamçı su anbarının 70 faizi boşdur

2021-06-24

gun az article

Təbrizdə bir neçə yerdə yanğın baş verib-VİDEO

2021-06-24

gun az article

Marağada bəxbəxt hadisə: Hündürlükdən yıxılan işçi xəstəxanada öldü

2021-06-24

gun az article

Sulduzda avtobus qəzasında yaralanan jurnalist: “Açıq desinlər ki, sizi öldürmək planımız var idi"- VİDEO

2021-06-24

gun az article

Həsən Dəmirçinin anım günüdür: Böyük maarifçi ziyalının ölümündən 3 il ötür

2021-06-24

gun az article

Sulduzda dəhşətli qəza: Jurnalistləri daşıyan avtobus dərəyə aşıb, ölən və yaralanan var-FOTO

2021-06-24

gun az article

Əsəri Avropada qızıl medal alan, çayda boğulan təbrizli yazıçı- Anım günüdür-VİDEO

2021-06-24

gun az article

GünazTV June.23.2021-Görüş: İranda prezident seçkilərinin nəticəsi, Batı Azərbaycanda birliyimizin hərakatımıza təsiri

2021-06-24

gun az article

"Amnesty International"dan xəbərdarlıq: İranda 20 yaşlı gənc yaxın günlərdə edam ediləcək

2021-06-23

gun az article

Həmədanda COVİD-19-a yoluxma sayı yenidən artıb

2021-06-23

gun az article

Zəngan bəndlərində suyun həcmi kəskin azaldı

2021-06-23

gun az article

Səreyinin tarixi Kanzaq kompleksi baxımsız qalıb: Abidənin bərpasına pul ayrılmır

2021-06-23

gun az article

Xomeyninin nəticəsi türkləri işğalçı və talançı adlandırdı

2021-06-23

gun az article

İranın Atom Enerjisi Təşkilatının binasına hücum olub

2021-06-23

gun az article

Zənganın Əbhər şəhərində azərbaycanlı gənc həbs edilib

2021-06-23

gun az article

Kürdlər Urmuda siyasi aksiya keçirməyə çağırış edib

2021-06-23

gun az article

İranın “Bərəkət” dərman kompleksinə dron hücumu olub-FOTO

2021-06-23