SON XƏBƏRLƏR

Ərdəbilli idmançılar ağırlıqqaldırma üzrə dünya çempionatında qızıl, gümüş və bürünc medallar qazanıblar

2021.10.20, 07:36
Ərdəbilli idmançılar ağırlıqqaldırma üzrə dünya çempionatında qızıl, gümüş və bürünc medallar qazanıblar

Gunaz.tv

GünAz TV: Ərdəbilin ağırlıqqaldırma üzrə iki idmançısı Amerika Birləşmiş Ştatları və Mekzikada keçirilən dünya çempionatında böyük uğura imza atıblar.

 

Məlumata görə, ABŞ-da ağırlıqqaldırma üzrə keçirilən dünya çempionatında 105 kiloqramdan yuxarı çəki dərəcəsində yarışan Səid Əli Hüseyni birdən qaldırma yarışında bürünc,  təkanla qaldırmada isə gümüş medal qazanıb. O təkanla qaldırma yarışında 236, 243 və 251 kq çəkiləri ram edib.

 

Mekzikada ağırlıqqaldırma üzrə əlillər arasında keçirilən dünya çempionatında isə ərdəbilli idmançı Məcid Fərzin qızıl medal qazanıb.

 

80 kiloqram çəki dərəcəsində yarışan M.Fərzin təkanla qaldırma yarışında 227 kq çəkini ram edərək rekord vurub, o qızıl medal və dünya çempionu titulunu qazanıb.

 

Bununla da azərbaycanlı idmançılar öz çıxışları ilə İran komandasına böyük uğurlar qazandırıblar.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar