GünAz TV: Güney Azərbaycanın Ərdəbil şəhərindən olan istedadlı yeniyetmə Parsa Xaif Azərbaycan Respublikasında keçirilməkdə olan Beynəlxalq Uşaq Muğam Festivalında xüsusi mükafata layiq görülüb.
Oktyabrın 9-da Bakıda Beynəlxalq Muğam Mərkəzində 11-ci Beynəlxalq Uşaq Muğam Festivalı finalçılarının çıxışları və qaliblərin mükafatlandırma mərasimi keçirilib.
Festivalda Azərbaycan da daxil olmaqla 9 ölkənin (Türkiyə, İran, İraq, Misir, Özbəkistan, Qazaxıstan, Türkmənistan, Qırğızıstan) təmsilçiləri iştirak edib.
Məlumata görə, Təşkilat Komitəsinin qərarı ilə “Nəva” dərtgahında çıxış edən Parsa Xaif Qran-Pri mükafatına layiq görülüb.
Festivalda Təbriz “İqbal Azər” Konservatoriyasının musiqi ustadları Behrəng Tila, Nima Rzayifərd, Vəhid Cabbarzadə və Yunis Tarpud, Parsa Xaifi müşayiət ediblər.
N.S