Ərdoğan: “Əgər tarixdə ədavət axtarsaydıq, 10 milyon türk itkisinin hesabını soruşardıq”

2021-04-27 09:40

“Əslində 24 apreldə nə baş verdi? Bu məsələni xüsusilə anlatmaq istəyirəm”.

Gunaz.tv Quote | Gunaz article

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Co Baydenin saxta “soyqırımı” ifadəsinə mövqe bildirərkən bu fikirləri bildirib. 

Ərdoğan 24 aprel 1915-ci il hadisələrini belə şərh edib: “Anadolu Osmanlının çox sayda fərqli dindən və inancdan yaşayan insanların coğrafiyası olub. Tariximizə “93 hərbi” deyə keçən hadisəyə qədər bu sülh şəraiti davam edib. Osmanlının son dönəmində  qərblilər tərəfindən silahlanaraq bizə qarşı hücumlar baş verib. 

Balkan torpaqları bu şəkildə başlayan savaşlarla Osmanlıdan qoparılıb. Eyni vəziyyət Anadolunun şərqində də ermənilərin əli ilə törədilib. Ermənilər ruslarla əlbir olub. Əslində 24 apreldə insan ölümü ilə bağlı heç nə olmayıb. 24 apreldə müharibə şəraitində olan Osmanlının əleyhinə fəaliyyət göstərən xəyanətkar qruplar bağlanıb və onlara rəhbərlik edənlər də həbs olunub. 

Bu addım Anadoluda türk və müsəlmanlara qarşı qətliamlar törədən üsyankar qrupları yatırtmaq üçün edilib.  Erməni birləşmələri günahsız insanları qətlə yetiriblər. Təkcə Muşda 20 min günahsız insanımızı öldürüblər. Odur ki, Osmanlı dövləti həmin bu cinayətkar erməni qruplarını ölkənin bir yerindən başqa yerinə deportasiya edib, dinc erməni əhalisi bu köçürülməyə daxil olmayıb. Köçürülmə prosesində yetim qalan erməni uşaqlara əcdadlarımız yetimxana evləri açıblar, cənab Bayden! 

Tarixi mənbələrə əsaslandığını bildirən R.T.Ərdoğan “Mən Bayden kimi əsassız, sübutsuz danışmıram”, deyə vurğulayıb: “Birinci dünya müharibəsində Osmanlı torpaqlarında 1 milyon 300 min erməni əhalisi yaşayıb. Buyursunlar gəlib, arxivlərə, sənədlərə baxsınlar. Əcəba, ABŞ-da nə qədər sənəd-sübut var? 

Arxivlərini aça bilərlərmi? Bu günə qədər ortaq komissiya yaradıb arxivləri araşdırmaq təklifimizə cavab almadıq. İrana gedənlərlə birlikdə bu rəqəm yarım milyona çatmaqdadır. ABŞ açıqlamalarında bildirir ki, ermənilərin köçürülmə və əmlaklarının müsadirə olunması 600 mini keçib, amma, halbuki həqiqi olan rəqəm daha azdır. Həmin dönəmdə deportasiya olunan ermənilər müharibə şəraitində yerdəyişmə prosesində yoluxucu xəstəlik, zəiflik və aclıqdan ölüblər. Bu rəqəm də 150 minə qədərdir.  

Əlbəttə, 150 min insan da canlıdır və bu, önəmli rəqəmdir. Amma erməni tarixçilər əsassız, sübutsuz bu rəqəmlərə bir “0” əlavə edib, şişirdirlər. 300 min erməni olduğu yerdə yaşama davam edib. Hazırda da təkcə İstanbulda 100 min erməni yaşamaqdadır. Müharibə sonrası dönənlərlə birlikdə bu rəqəm 650 minə çatıb. 

Bu torpaqlarda soyqırıma uğrasaydılar, hər halda geri dönməzdilər, cənab Bayden! Osmanlıdan Suriya, İordaniya və Livana göndərilən ermənilərdən bir qismi ABŞ və Avropaya köçüblər. O gedənlər də soyqırımı yalanlarını dəstəkləməyə çalışmaqdadır. Zatən, o zamanlar da savaşdığımız düşmənlərin istəyi bu idi. Erməniləri bu məkrli ssenarilərindən acımasızcasına, hətta ölülərindən belə istifadə ediblər və edirlər”. 

Birinci Dünya Müharibəsində ümumilikdə 17 milyon insan öldüyünü vurğulayan R.T.Ərdoğan bunlardan 10 milyonunun əsasən müsəlman türkü olduğunu deyib: “Çar Rusiyası torpaqlarında yaşayan 100 minlərlə alman və musəvini alman ordusu ilə əməkdaşlıq etdiyi bəhanəsilə sürgünlərdə ölümə məhkum ediblər, Avstriya-Macarıstan da ümumlikdə 100 minlərlə rus əsilli insanı ölüm düşərgələrində güllələyib, asıb, aclıqdan öldürməklə aradan qaldırıblar. 

Balkanlarda və Qafqazlarda türklərin 5 milyonu sürgündə olmaqla, ümumilikdə 10 milyonu itkiyə məruz qalıb. Üstəlik, bunu biz yox, Qərb tarixçiləri deyir. Millət olaraq, biz indiyədək bu faktdan istifadə edib, dilə gətirmədik, bu kədəri qəlbimizdə çəkib, irəliyə baxıb, inkişaf yolunu seçdik, amma bəziləri bunu yanlış anlayır. 

Heç sərhədlərimizdən kənara çıxmağa da ehtiyac yoxdur. Adanadan Antepə, Maraşadək, İstanbuldan Çanaqqalayadək hər şəhərlərimizdə olan itkilərin hesabını açıqlasaq, bizə yetər. Əgər ermənilərin itkiləri soyqırımı olaraq xarakterizə olunacaqsa, bu rəqəmlərə baxılmalıdır. Amma tarix bizim üçün münaqişə və ədavət aspekti deyil, ibrət və dərsdir”. (apa)

Ayxan

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

“Sülhməramlılar gedəcək, Xankəndi Azərbaycanın nəzarətinə keçəcək”-İlham İsmayıl 

2021-06-16

gun az article

İranda azərbaycanlı namizəd prezident seçkisində iştirakdan imtina etdi

2021-06-16

gun az article

Jurnalistlər Füzuli rayonuna səfərə gedib

2021-06-16

gun az article

Bu gün terror-təxribat törədən erməni silahlı dəstəsinin 14 üzvünün məhkəməsi başlayır

2021-06-16

gun az article

İran həbsxanalarında qadınlara cinsi təcavüz hekayətləri

2021-06-16

gun az article

Kosmik Agentliyə sədr təyin edilib

2021-06-16

gun az article

Ərdoğan bu gün Milli Məclisdə çıxış edəcək

2021-06-16

gun az article

İstiqlalçı millət vəkili vəfat edib

2021-06-16

gun az article

Türkiyə Prezidenti Cıdır düzündən paylaşım edib

2021-06-15

gun az article

Azərbaycanla Türkiyə arasında müttəfiqlik haqqında Şuşa Bəyannaməsi imzalandı

2021-06-15

gun az article

Prezident: "Türkiyə Şuşada konsulluq açacaq"

2021-06-15

gun az article

Şuşada İlham Əliyevlə Ərdoğanın təkbətək görüşü keçirilib - VİDEO

2021-06-15

gun az article

Azərbaycan koronavirus: Bu günə olan yoluxma sayı açıqlandı

2021-06-15

gun az article

Ter-Petrosyan: “Nə Koçaryan, nə də Paşinyanla koalisiya qurmayacam”

2021-06-15

gun az article

Beni Qants: “Amerika ilə birgə İranın nüvə silahına yiyələnməsinin qarşısını alacağıq”

2021-06-15

gun az article

İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı Şuşada qarşıladı

2021-06-15

gun az article

Putin miqrantların Rusiyada qalma müddətini uzadıb

2021-06-15

gun az article

İranın Şiraz şəhərində daha 1 bəhai həbs edilib

2021-06-15

gun az article

Prezident İlham Əliyev Ərdoğanı Füzulidə qarşıladı

2021-06-15

gun az article

Selçuk Bayraktar: "Türkiyə bizik, Anadolu bizik, Azərbaycan bizik"

2021-06-15