SON XƏBƏRLƏR

Ərdoğan Ərbakanın taleyini yaşayacaq

2021.10.20, 07:36
Ərdoğan Ərbakanın taleyini yaşayacaq

Gunaz.tv
erdogan02.jpg "Ərdoğan Ərbakanın taleyini yaşayacaq" Qabil Hüseynli: "Hazırkı baş nazir siyasi həyatdan birdəfəlik uzaqlaşdırılacaq" Türkiyədə iyulun 1-də "Ergenekon" əməliyyatı çərçivəsində tanınmış ictimai xadimlər, keçmiş ordu mənsubları həbs olunub. Həbs olunanlar sırasında 1-ci ordunun sabiq komandanı, istefada olan ordu generalı Hurşit Tolon, Atatürkçü Düşüncə Dərnəyinin sədri, istefada olan ordu generalı Şener Eruyğur, "Cümhuriyyət" qəzetinin Ankara təmsilçisi Mustafa Balbay, həmin qəzetin baş nəşr işləri müdiri Ufuk Büyükçelebi, tanınmış jurnalist, əslən Qarsdan olan Erol Mütərcimlər, Ankara Ticarət Palatasının rəhbəri Sinan Aygün də var. Rəvan Məmmədli Saxlanılanların sayı 23-ü keçib. Xatırladaq ki, öncədən həmin gün AKP-nin bağlanmasıyla bağlı Appelyasiya Məhkəməsinin baş prokuroru Əbdürrəhman Yalçınkayanın Konsitusiya Məhkəməsində iddianaməni oxuyacağı da bəlli idi. Bəs qardaş ölkədə nə baş verir? Politoloq Qabil Hüseynli bu qənaətdədir ki, Türkiyə siyasi böhran dövrünə qədəm qoyub. Bu da siyasi sistemin xarakterinin hansı yöndə olacağıyla bağlıdır. Hazırda hakimiyyətdə olan AKP Türkiyənin ənənəvi Atatürkçü sistemi dəyişdirməyə cəhdlər edib. Məsələn, parlamentdəki AKP çoxluğu universitetlərdə baş örtüsünə icazə verilməsiylə bağlı qanunun qəbuluna nail oldu, sonradan bunu Konstitusiya Məhkəməsi ləğv etdi. AKP-çilərin tez-tez Atatürkün əleyhinə üstüörtülü, yaxud açıq, qaba formada fikirlər səsləndirməsi, son dövrlərdə isə ordu mənsublarını gözdən salmağa çalışan müəyyən məlumatların hakim partiyaya yaxın qəzetlərdə yol tapması göstərir ki, hazırkı hakimiyyətlə ənənəvi atatürkçü sistemin tərəfdarları arasında mübarizə artıq özünün kuliminasiya nöqtəsinə qədəm qoyub. Bu mübarizədə hərə əlindəki vasitələrdən yararlanır. Atatürkçü sistemin tərəfdarları AKP-ni bağlamaq üçün dava açıblarsa, bu davanı uğurla sona çatdırmağa yaxındırlarsa, hakim partiya da bu sistemin bir sıra tərəfdarlarını dövlət çevrilişi adıyla həbs edirlər. Hətta bu işdə ordunun əli olduğunu isbatlamaq üçün Türkiyə tarixində ilk dəfə iki istefada olan ordu generalını, həm də bu vaxta qədər orduda çox mühüm vəzifə tutmuş şəxsləri, eləcə də tanınmış jurnalistləri, iş adamlarını da həbsxanaya yollamağa başlayıb. "Ergenekon"la bağlı istintaqı isə prokurorluq başa çatdıra, faktlara söykənən ittihamnamə hazırlaya bilmir. Keçən il 12 iyundan başlayan bu əməliyyat hələ ki, başa çatmayıb və ciddi nəticələr verməyib. Qabil bəyin sözlərinə görə, bu səbəbdən indiki mərhələdə baş verənləri dünyəvi siyasi sistem tərəfdarlarıyla ölkəni şəriətçi siyasi sistemə çəkmək istəyənlər arasındakı çarpışmanın nəticəsi saymaq olar. Bu nəticələrin də sona yaxınlaşmaqda olduğunu söyləmək mümkündür: "Zənnimcə, dünyəvilik tərəfdarları artıq üstünlük qazanmaq üzrədirlər. Yaxın vaxtlarda siyasi proseslərin necə cərəyan edəcəyini görəcəyik. AKP-çilər də, xüsusilə onun başında dayanın Rəcəb Tayyib Ərdoğan da özünün sələfləri və mənəvi ataları hesab edilən Nəcməddin Ərbakanın taleyini yaşayacaqlar və hazırkı baş nazir siyasi həyatdan birdəfəlik uzaqlaşdırılacaq". Bütün bunların fonunda isə Türkiyə itirir. Qabil Hüseynli qeyd etdi ki, bu ölkədə cəmiyyət cəbhələşir, vətəndaş qarşıdurması yaranır, milli şüurda parçalanma prosesləri baş verir: "Xüsusən Avropa Birliyilə bağlı məsələlər yenidən düyünə düşməyə başlayır. Nəticə etibarilə ölkənin iqtisadiyyatına da ciddi zərbə dəyir. Çünki hərrac bazarında, qiymətli kağızların saxlandığı məkanlarda səhmlərin dəyəri aşağı düşür, infilyasiyanın artması müşahidə olunur, bir sözlə, iqtisadi göstəricilər pisləşir". Bir çox ekspertlər hesab edirlər ki, Türkiyədə baş verənlər ABŞ-ın həyata keçirməyə çalışdığı Böyük Orta Şərq layihəsindən qaynaqlanır. Başqa sözlə, Qərbdəki müəyyən dairələr qardaş ölkədə mötədil islami rejimin qurulmasını öz maraqlarına uyğun sayırlar. Çünki Atatürkçülüyün 6 prinsipi içərisində unitar dövlət, milli maraqlarla bağlı prinsip də yer alır. Yeni dünya düzəni formalaşdırmaq istəyən Qərb dairələrinə isə belə bir "qürurlu Türkiyə" sərfəli deyil. Ona görə də zaman-zaman Türkiyədə onların maraqlarını həyata keçirə biləcək qüvvələr axtarıblar və AKP, onun lideri Rəcəb Tayyib Ərdoğanın simasında belə bir qüvvənin yetişməsi, siyasi səhnədə uğur qazanması üçün müəyyən formalarda dəstəklərini də əsirgəməyiblər. Qabil Hüseynli də kənar qüvvələrin qardaş ölkədə maraqlarının olduğunu bildirir. Politoloqa görə, Türkiyəni sevməyənlər kifayət qədərdir. Belə qüvvələr Türkiyəni Avropa dövlətləri sırasında, müasir sivilizasiyanın zirvəsinə qalxmış dövlət kimi görmək istəmirlər: "Ona görə də qardaş ölkəylə bağlı müxtəlif məkrli layihələrin mövcudluğunu və onların həyata keçirilməsinə cəhdlər göstərildiyini istisna etmirəm". xalqcebhesi

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar