Ərdoğan İranı xəyanətdə ittiham edib

2019-10-22 13:24

GünAz TV: Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İranı sərt şəkildə tənqid edib.

 

"Report"un xəbərinə görə, o, Rusiyaya səfərə yola düşməmişdən əvvəl keçirdiyi mətbuat konfransında bildirib ki, İran Türkiyənin Suriyanın şimalında keçirdiyi "Barış pınarı" antiterror əməliyyatına müxtəlif reaksiyalar verib.


"İrandan gələn bəzi açıqlamalardan narahatam. İran heç də uzaq olmayan, 15-20 il əvvəlki keçimişinə nəzər salsa, Rəcəb Tayyib Ərdoğanın İranın nüvə silahı ilə bağlı məsələsində hansı mövqe tutduğunu görər. Mənim bu mövqeyimi bütün dünya bilir. Təəsüflər olsun ki, İrandan bizim "Barış pınarı" əməliyyatımıza qarşı müxtəlif reaksiyalar verilib. Təbii ki, bunu İran prezidenti Həsən Ruhanı söyləmir. Amma başda cənab Ruhani olmaqla bu cür danışanları susdurmaları lazım idi. Onların bu cür reaksiyaları başda özüm olmaqla bütün dostlarımı narahat edir.


Biz Soçi müqaviləsini imzalayan 3 ölkədən biriyik. Bir sənədə imza atmış, eyni prosesin iştirakçısı olan ölkə digərinə belə xəyanət edərmi? Bütün bu hərəkətlərin hamısı yanlışdır. Ona görə də "Barış pınarı" əməliyyatları ilə bağlı verdikləri reaksiyalara görə onları ciddi şəkildə qınayıram. Biz Astana prosesi ilə başlayan və Soçi müqaviləsi ilə davam edən bir mərhələni bundan sonra necə davam etdirəcəyik?", - deyə Türkiyə prezidenti vurğulayıb.


Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri Suriya Milli Ordusu ilə birlikdə oktyabrın 9-da Suriyanın şimalında “Barış pınarı” adlı antiterror əməliyyatına başlamışdı. Məqsəd Türkiyə-Suriya sərhədini terrorçu PKK/YPG-PYD və İŞİD qruplaşmalarından təmizləmək, terror dəhlizinin yaradılmasına imkan verməmək, terror dövlətinin qurulmasına mane, Suriyada əmin-amanlığın yaradılmasına, qaçqınların evlərinə dönməsinə nail olmaqdır.


ABŞ-ın vitse-prezidenti Maykl Pensin rəhbərlik etdiyi nümayəndə heyəti oktyabrın 17-də Türkiyədə səfərdə olub. O, Ankarada Türkiyə prezidenti R.T.Ərdoğanla görüşüb. Görüşdən sonra bölgədə 120 saat müddətində atəşkəs elan olunması və həmin müddətdə terrorçuların bölgəni boşaltması barədə razılıq əldə olunub.


Ə.A

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Daha yeddi ölkənin vətəndaşlarının Azərbaycana səfərinə icazə verilib

2021-06-16

gun az article

Cenevrədə Rusiya və ABŞ prezidentləri arasında görüş başlayıb

2021-06-16

gun az article

İsrailin texnologiya şirkətləri Qarabağda fəaliyyət göstərə bilər

2021-06-16

gun az article

Türkiyə Prezidenti: "Qarabağı birlikdə inşa edəcəyik"

2021-06-16

gun az article

Rafael Qrossi: “Nüvə sazişini canlandırmaq üçün İranda yeni hökumətin iş başına gəlməsinə qədər gözləməliyik”

2021-06-16

gun az article

Ərdoğan Milli Məclisdə çıxış edir - CANLI

2021-06-16

gun az article

İranda mühafizəkar namizəd İbrahim Rəisinin xeyrinə prezident seçkisində iştirakdan imtina edib

2021-06-16

gun az article

“NATO ilə əməkdaşlığın daha da genişləndirilməsini istəyirik” – Hikmət Hacıyev

2021-06-16

gun az article

Türkiyəli ekspert: “Şuşa Bəyannaməsi ilə Ermənistanın özbaşınalığının qarşısı alınacaq”

2021-06-16

gun az article

İran rəsmisi: “Prezident seçkilərinin nəticəsi şənbə günü elan ediləcək”

2021-06-16

gun az article

İranda 210 deputat İbrahim Rəisi ilə bağlı prezidentliyə namizədlərə müraciət etdi

2021-06-16

gun az article

Milli Qəhrəman Əliyar Əliyevin məzarı bərpa olunub - FOTO

2021-06-16

gun az article

“Sülhməramlılar gedəcək, Xankəndi Azərbaycanın nəzarətinə keçəcək”-İlham İsmayıl 

2021-06-16

gun az article

İranda azərbaycanlı namizəd prezident seçkisində iştirakdan imtina etdi

2021-06-16

gun az article

Jurnalistlər Füzuli rayonuna səfərə gedib

2021-06-16

gun az article

Bu gün terror-təxribat törədən erməni silahlı dəstəsinin 14 üzvünün məhkəməsi başlayır

2021-06-16

gun az article

İran həbsxanalarında qadınlara cinsi təcavüz hekayətləri

2021-06-16

gun az article

Kosmik Agentliyə sədr təyin edilib

2021-06-16

gun az article

Ərdoğan bu gün Milli Məclisdə çıxış edəcək

2021-06-16

gun az article

İstiqlalçı millət vəkili vəfat edib

2021-06-16