SON XƏBƏRLƏR

Ərdoğan: “Nümayəndələr Palatasının “erməni soyqırımı”nı tanımasının hüquqi əsası yoxdur”

2021.10.20, 07:36
Ərdoğan: “Nümayəndələr Palatasının “erməni soyqırımı”nı tanımasının hüquqi əsası yoxdur”

Gunaz.tv

GünAz TV: Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Amerika Birləşmiş Ştatları (ABŞ) Nümayəndələr Palatasının qondarma “erməni soyqırımı”nı tanımasına münasibət bildirib.

 

APA-nın xəbərinə görə, Ədalət və İnkişaf Partiyasının (AKP) qrup iclasında çıxış edən Ərdoğan bildirib ki, Türkiyə Nümayəndələr Palatasının məlum qərarını tanımır.

 

Onun sözlərinə görə, bu qərarın heç bir hüquqi əsası yoxdur: “Özləri çalıb, özləri oynayırlar. Ölkəmizə atılan böhtana görə üzgünük. Bizim inancımızda soyqırımı məfhumuna yer yoxdur. Biz illərdir bu iş tarixçilərin, arxeoloqların işidir, tarixçi və arxeoloqlardan ibarət heyətlər yaradılsın, onlar bu işi görsünlər, siyasət bu işə alət edilməsin, bundan sonra siyasətçilər görüşsün deyirik. Biz arxivlərimizi də açmışıq. Arxivdə bu məsələ ilə bağlı 1 milyondan çox sənəd var. Ermənilər də arxivlərini açsınlar! Yoxdur axı, necə açsınlar?! Bizə günahkarsınız deyib, ittiham edə bilməzsiniz!”

 

Türkiyə Prezidenti qeyd edib ki, 1970-80-ci illərdə ASALA terror təşkilatı tərəfindən 21 fərqli ölkədə Türkiyənin səfirliklərinə 100-dən çox silahlı hücum təşkil edilib: “Bununla bağlı əlimizdə sənədlər var. 40-dan çox diplomatımız şəhid edilib. Bundan xəbəriniz var? Nədənsə Türkiyənin itkilərindən danışılmır”.

 

Ərdoğan vurğulayıb ki, Türkiyə hüquqi müstəvidə bu məsələyə layiqli cavab verəcək.

 

Qeyd edək ki, ABŞ Nümayəndələr Palatası qondarma “erməni soyqırımı”nın tanınması barədə akt qəbul edib. Bundan başqa, Palata Türkiyənin Suriyanın şimalında apardığı antiterror əməliyyatları ilə bağlı müəyyən sanksiyaların tətbiqini nəzərdə tutan qanun layihəsi də qəbul edib.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar