SON XƏBƏRLƏR

Ərdoğan Trampın Türkiyəni ticarət güzəştlərindən məhrum etmək qərarını tənqid edib

2021.10.20, 07:36
Ərdoğan Trampın Türkiyəni ticarət güzəştlərindən məhrum etmək qərarını tənqid edib

Gunaz.tv

GünAz TV: Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan çərşənbə günü Ağ ev rəhbəri Donald Trampın Ankaranı ticarət güzəştlərindən məhrum etmək barədə qərarını tənqid edib.

 

O bunu 24 TV telekanalının efirində deyib.

 

"Türkiyə Amerika Birləşmiş Ştatlarının bu qərarı ilə əlaqədar olaraq hərtərəfli addımlar atacaq. Biz artıq buna vərdiş etmişik. Qoy heç kim bizi bu şəkildə tərbiyə etməsin", - deyə o bildirib.

 

Çərşənbə axşamı ABŞ prezidenti Donald Tramp Hindistan və Türkiyəni ABŞ ilə güzəştli ticarətdən məhrum etmək niyyətindədir. O bu qərarını Türkiyənin son 45 il ərzində inkişaf etməsi ilə əlaqələndirib. "Report"

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar