SON XƏBƏRLƏR

Ərdoğan: Türkiyə və İraq təhlükəsizlik üzrə əməkdaşlığı genişləndirəcək

2021.10.20, 07:36
Ərdoğan: Türkiyə və İraq təhlükəsizlik üzrə əməkdaşlığı genişləndirəcək

Gunaz.tv

GünAz TV: Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İraq ilə hərbi əməkdaşlıq və etimad razılaşması imzalanmasının uyğun olacağını bildirib.

 

Ərdoğanın dəvətilə dünən paytaxt Ankaraya gələn İraqın baş naziri Adil Əbdülmehdi ilə təkbətək və heyətlər arasında keçirilən görüşlərdən sonra birgə mətbuat konfransı təşkil edilib.

 

Prezident Ərdoğan İraqın bərpası mövzusunda terror təşkilatı İŞİD tərəfindən təxrib edilən Kərkük-Ceyhan neft boru kəmərinin təcili fəaliyyətə başlamasının əhəmiyyətinə toxunaraq dedi ki, Türkiyə-İraq arasında hərbi əməkdaşlıq və etimad razılaşması imzalanmasının uyğun olacağına qərar verdik.

 

İraqın baş naziri Əbdülmehdi isə “Heç bir şəkildə Türkiyə torpaqlarına bizim torpaqlarımızdan təhlükəsizliklə əlaqədar bir təhdid olmasını qəbul etməyimiz qeyri-mümkündür” deyə söyləyib. TRT

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar